Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Monqollar "ayağa qalxdı"

Tarix: 05-12-2022 21:27     Baxış: 4198 A- / A+
Monqolustanın paytaxtı Ulan-Batorda “kömür işi” ilə bağlı kütləvi etirazlar başlayıb.

Etirazlarla bağlı məlumatı Mərkəzi Asiya, ABŞ-ın Monqolustandakı səfirliyi və Rusiya mediası paylaşıb.

Dekabrın 4-də  Paytaxt sakinləri Sux-Bator meydanına toplaşaraq Hökümət Sarayına yürüş etmək istəyib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşısı alınıb.

Bu gün, aksiya yenidən təkrarlanıb. Rusiya mətbuatının məlumatına görə, etirazçılar Hökumət Sarayına soxulmağa çalışıb və təhlükəsizlik qüvvələri ilə toqquşmaya başlayıblar. İlkin məlumata görə, Sarayın mühafizə xidmətinin dörd əməkdaşı və iki etirazçı yaralanıb.

İnsanların etirazına səbəb 12 milyardlıq kömürdür. Bu yaxınlarda yerli medoada Monqolustandan ixrac ediləndən daha az məhsul Çinə gəlib.

Rəsmi Ulan-Bator hökumətin fövqəladə iclasını çağırıb və iki həftə ərzində oğurluğa görə məsuliyyət daşıyanlarla məşğul olacağına söz verib. Eyni zamanda etirazçılar “hakimiyyətin korrupsiyasının üzə çıxarılması və oğruların adlarının hallandırılması” tələblərini davam etdirirlər.

"Eagle" telekanalının məlumatına görə, Ulan-Bator qubernatoru insanları zorla dağıtmaq barədə sərəncam verib. Amma etirazçılar artıq heç yerə getməyəcəklərini bəyan ediblər. redaktor.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar