Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bozalqanlı kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd edilib

Tarix: 04-12-2022 12:29     Baxış: 3265 A- / A+
Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, deputatlardan Müşfiq Məmmədli, Qənirə Paşayeva, Arzu Nağıyev, Rauf Əliyev, Sabir Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, professor Mayıl Əsgərov, Elm və Təhsil Nazirliyinin əməkdaşları, məktəbin məzunları, müəllimlər və şagirdlərlə birlikdə iştirak ediblər.
Milli Məclisi deputatı Müşfiq Məmmədlinin Manevr.az-a verdiyi məlumata görə, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyuldu.
Deputat bildirib ki, qonaqlar məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi, idman zalında yaradılan şəraitlə tanış olub, azyaşlı idmançılarla görüşərək onlara gələcək həyatlarında uğurlar arzulayıb,  100 illik yubiley münasibətilə məktəbin kollektivini təbrik edib, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında görülən işlərdən və əldə olunan nailiyyətlərdən, həmçinin təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar:
"Məktəbin yaranma tarixindən və bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edərək ölkə rəhbəri tərəfindən həyata keçirilən təhsil strategiyasının uğurlarından söz açıldı. Məktəbdə yaradılmış müasir standartlara cavab verən şəraitə görə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər", deyə M.Məmmədli qeyd edib.
Tədbir Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin məzunları olan rayonun mədəniyyət və incəsənət nümayəndələrinin konsert proqramı ilə davam etdirildi.

Manevr.az
                                     

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar