Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksək vəzifəli şəxs həbs edildi

Tarix: 03-12-2022 22:56     Baxış: 4195 A- / A+
Azərbaycanda yüksək vəzifəli şəxs həbs edildi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Manevr.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
İttihama görə, Orxan Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi-mühəndis vəzifəsində işləyib. O, öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş Səfər Əliyevin (şərti) Sumqayıt şəhəri ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 36 sot torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. Orxan Səmədov həmin şəxsi aldadaraq ondan ümumilikdə 55 000 manat pul alıb. Daha sonra o, həmin puldan 9700 manatı zərərçəkmişə qaytarıb.
 
Bundan başqa, Orxan Səmədov Vahid Əlişova (şərti) onun arvadını Sumqayıt şəhərindəki uşaq bağçalarından birinə işə düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. O, həmin şəxsin 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Orxan Səmədov Vahidə 500 manat qaytarıb.
 
Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Orxan Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. (Pravda.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar