Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İsveçrə-Serbiya oyununda təxribat: bu köynəklə meydana çıxdı

Tarix: 03-12-2022 16:27     Baxış: 4207 A- / A+


İsveçrə-Serbiya oyununda təxribat:  bu köynəklə meydana çıxdı
İsveçrə və Serbiya milli komandaları arasında keçirilən dünya çempionatı matçında serblərə qarşı təxribat olub.
Xarici media xəbər verir ki, Londonun “Arsenal” klubunun və İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Xaka oyundan sonra Kosovonun milli qəhrəmanı Adem Yaşarinin adının çəkildiyi köynəkdə meydana çıxıb.
Xaka özü demarşında bunun “siyasət” olmadığını bildirib. Həmçinin futbolçu deyib ki, köynək onun deyil.
Qrup mərhələsinin nəticəsi olaraq isveçrəlilər səkkizdə bir finala yüksəlib, Serbiya komandası isə turniri tərk edir.
Məlumat üçün bildirək ki, Adem Yaşari alban millətçisi idi. Kosovo və Metohiyanın Yuqoslaviya Federativ Respublikasından ayrılması, eləcə də yaradılması uğrunda mübarizə aparıb. Kosovo Azadlıq Ordusunun yaradıcılarından, ideoloqlarından və aparıcı komandirlərindən biri olub. 1991-ci ildən Yuqoslaviyada serb polisinə qarşı silsilə silahlı hücumlarda iştirak edib. Yuqoslaviya Federativ Respublikasında o, terrorçu kimi tanınıb və 1997-ci ilin iyulunda Yuqoslaviya Federativ Respublikasının Priştina Dairə Məhkəməsi Yaşarini terror fəaliyyətinə görə qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edib.
1998-ci ilin martında Yuqoslaviya Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatı zamanı Yaşari və demək olar ki, bütün ailəsi (arvad, qardaşı və oğlu daxil olmaqla 58 nəfər) Prekazda öldürülüb.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar