Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qaz pulunu ödəyə bilməyən Əlisa Nicatla bağlı YENİ XƏBƏR - Bir gecəyə 7 min manat toplandı

Tarix: 02-12-2022 20:21     Baxış: 4220 A- / A+
 Xəbər verdiyimiz kimi, ötən gün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.

 Paylaşımda 87 yaşlı yazıçının sosial təminatının aşağı olduğu üçün evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

Əlisa Nicata yardım məqsədilə kampaniya başladan Şahbaz Xuduoğlunun paylaşımından sonra şəraitsiz vəziyyətdə yaşayan yazıçı üçün 6987 manat toplanıb və onun evində istilik sisteminin quraşdırılmasına başlanıb.
WhatsApp Image 2022-12-02 at 18.10.06.jpeg (83 KB)
"Qanun" nəşriyyatının direktorunun sözlərinə görə, bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev kömək təklif edib:

“Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif etdi. Yardım təkliflərinin, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. İnsanların yardım etmək fürsətindən yararlanmalarından məmnun qalıb. Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum ki, bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar