Sizin Reklam Burada
Xəbər lenti
03-12-2022
02-12-2022
BÜTÜN XƏBƏRLƏR

Cənab Prezidentin Belqrada səfəri iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini reallaşdırdı-Müşfiq Məmmədli

Tarix: 24-11-2022 11:18     Baxış: 340 A- / A+
Cənab Prezident İlham Əliyevin Serbiya paytaxtı Belqrada səfəri iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini reallaşdırdı. Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirildi.
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"Görüşdə Serbiya Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndirdiyi xüsusi vurğulandı. Önəmli məqamlardan iki ölkənin hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsini xüsusi qeyd etmək istərdim. 
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir və dəstəkləyir. İki ölkənin siyasi və iqtisadi əlaqələri inkişaf edir.  Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti arasında Birgə Bəyanat, ölkələr arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum və Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi imzalanıb.
İki ölkə liderinin enerji sahəsində əməkdaşlığa, Azərbaycandan Serbiyaya təbii qaz və elektrik enerjisinin ixracına dair müzakirələr aparılıb. 
Bu görüş bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Və xarici siyasətində bu nüans mühüm hesab olunur", deyə deputat vurğulayıb.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar