Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko: "Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir"

Tarix: 04-10-2022 15:14     Baxış: 4354 A- / A+


Lukaşenko:    "Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir"


Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak etdiyini etiraf edib. Lakin eyni zamanda o Belarus əsgərlərini Ukraynaya göndərməkdən imtina edib.
"Belta" nəşri prezidentin fikrindən sitat gətirib: "Müxtəlif səbəblərdən şayələr yayırlar. Rusiya səfərbərlik elan edib, ona görə də sabah Belarusda səfərbərlik elan olunacaq. Bir daha vurğulayıram, səfərbərlik elan etməyə ehtiyac yoxdur. Xoşbəxtlikdən bizim ərazimizdə müharibə yoxdur. Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir, lakin əsgərlərimiz göndərmirik”.

Minsk rəhbəri vurğulayıb ki, o, Belarus silahlı qüvvələrini modernləşdirir.

"Artıq bir neçə dəfə demişəm, bir daha vurğulayacağam. Bu yaxınlarda bir əclaf "Lukaşenko müharibəyə hazırlaşır" başlığı ilə çıxış etdi. Tamamilə doğrudur. Nə qədər ki, mən prezident vəzifəsində çalışacağam, o qədər də müharibəyə hazırlaşacağam. Bunu mən düşünməmişəm - "Əgər sülh istəyirsənsə, onda müharibəyə hazır ol". Biz artıq beşinci dəfədir ki, silahlı qüvvələrimizi müasirləşdiririk, onları yaranmış vəziyyətə uyğunlaşdırırıq. İlk növbədə, müharibələrdən, planetdə baş verən münaqişələrdən müvafiq nəticələr çıxarırıq”, - Lukaşenko əlavə edib.azvision.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar