Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Psixikası pozulan insanları tanımaq üçün: Tez-tez bunları edirlər-HƏKİM RƏYİ

Tarix: 25-09-2022 12:25     Baxış: 3489 A- / A+


Psixikası pozulan insanları tanımaq üçün: Tez-tez bunları edirlər-HƏKİM RƏYİ

Bir insanın normal hesab etdiyi adi hərəkətlər və təkrarlanan fikirlər əslində xəstəliyin inkişafını göstərə bilər. 
Manevr.az xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində tibb elmləri namizədi, psixiatr, psixoterapevt Yevgeni Fomin deyib:
“Obsesif-kompulsiv pozuntu obsesif ideyalar və kompulsiv hərəkətlərlə səciyyələnən, yəni bu hərəkətlərin, məcburiyyətlərin vaxtaşırı təkrarlanması insanın davranışında müəyyən ritualların formalaşması halıdır”.
Həkim obsesif-kompulsif pozğunluğun simptomları ola biləcək vərdişlərdən nümunələr verib:
"Adətən,  bu, sol çiyninə tüpürmək və ya küçə plitələrinin birləşmələrinə addım atmamaq kimi bir az qəribə vərdişə başlayır. Yaxud da adam bir az tez-tez nələrsə edir, bəlkə əlini yuyur və ya qapının bağlı olub-olmadığını, qazın, ütünün söndüyünü yoxlayır, baxmayaraq ki, onu bağlayıb söndürdüyünü xatırlayır. İnsan çoxlarının olduqca zərərsiz hesab etdiyi bir şeyi etməməyə çalışa bilər. Xəstəliyin ilkin mərhələsində bu, həyata müdaxilə etmir, sadəcə bir insanın qəribə bir məqamı kimi görünür”. 
Bununla belə, o, xəbərdarlıq edib, artan narahatlıq xəstəliyin inkişafına kömək edir və stresli vəziyyətlər bu pozğunluğa meyilli bir insanın vəziyyətini daha da ağırlaşdırır:
“Stressli vəziyyətlərdə durum ağırlaşa bilər. İnsanın obsesif fikirləri, düşüncələri, təsvirləri, impulsları olur. İnsan davranışında qəribəlik hiss etməyə başlayır, bu, günahkarlıq, qorxu, narahatlıqla müşayiət oluna bilər və bütün bunlar ağır bir pozğunluğa çevrilər. Vərdişlər bir insan üçün problemə çevrilir, həyatın bütün sahələrində sosiallaşmaya təsir göstərməyə başlayır”. 
O qeyd edib ki, obsesif-kompulsiv pozğunluğu təkcə dərmanların köməyi ilə deyil, həm də psixoterapiyanın köməyi ilə aradan qaldırmaq olar./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar