Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Aqil Məmmədov şəhid ailələrini ziyarət edib - ŞƏKİLLƏR

Tarix: 25-09-2022 10:06     Baxış: 3304 A- / A+

Millət vəkili Aqil Məmmədov şəhid ailələrini ziyarət edib - FOTOLAR

Milli Məclisin Kəlbəcər  rayonundan olan deputatı Aqil Məmmədov Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi və Qaraçinar kəndində müvəqqəti məskunlaşmış, əslən Kəlbəcər rayonunun Qasımlı ve Yellicə kənd sakinləri olan şəhid ailələrini ziyarət edib.
Şəhid ailələri ilə görüşdə Aqil Məmmədovla birgə rayon ziyalıları, rayonun məsul əməkdaşları,ağsaqqalları iştirak edib.
Manevr.az xəbər verir ki, Millət vəkili ilk öncə sentyabrın 12-13-ü Ermənisatan silahlı qüvvələri tərəfindən sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Kəlbəcər rayon Qasımlı kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, leytenant Şirinov Ömər Muğan oğlunun və ikinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Orucov Nemət Əkbər oğlunun ailə üzvləri ilə birgə məzarlarını ziyarət edib.
Məzarlar üzərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxuyublar.
Sonra şəhid Ömər Şirinovun hüzr mərasimində iştirak edən millət vəkili, Azərbaycan dövlətinin,  Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına,  onların adlarının yaddaşlardan silinməyəcəyinə əminliyini ifadə edib.
Növbəti görüş rayonun Qaraçinar kəndində yaşayan şəhid Nemət Orucovun ailə üzvləri ilə olub. Millət vəkili hər iki şəhidin ailəsində olarkən dövlət strukturları tərəfindən onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Aqil Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. 











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar