Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya sərhədində 20 kilometr uzunluqda tıxac

Tarix: 24-09-2022 22:49     Baxış: 3224 A- / A+
Rusiyada qismən səfərbərlik edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır. Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.

Hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.

Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də bir qədər çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.

Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır.

Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar