Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Atasının borclu olduğu şəxsin başında pivə bakalı sındırdı

Tarix: 24-09-2022 22:11     Baxış: 4244 A- / A+
Atasının borclu olduğu şəxsin başında pivə bakalı sındırdıSəbail rayonunda yerləşən "Nilay" kafesində baş verən davanın səbəbləri bilinib.

18 iyun 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-2 ünvanında yerləşən "Nilay" kafesində dava zamanı şəxsi münasibətlər zəminində Əli adlı şəxs tanışı Rafiqi başından şüşə pivə bakalı ilə vurub. Ona sol qaş nahiyəsinin əzilmiş yarası və sol gözaltı nahiyənin sıyrığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatına gəlincə, Rafiq "Nilay" kafesinə daxil olan zaman tanışı Əlinin girişdəki masada əyləşdiyini görüb. Əli onu əyləşdiyi masaya dəvət edib, onlar bir qədər oturduqdan sonra aralarında mübahisə yaranıb. Rafiq Əlidən atası İbrahimin ondan vaxtı ilə almış olduğu ətin pulunu verməsini istəyib. Bu isə Əlinin xoşuna gəlməyib. Bu səbəbdən də əsəbiləşərək Rafiqlə mübahisə edib və masanın üzərində olan şüşə pivə bakalını götürərək onun başına vurub.

O, əvvəlcə Əli ilə şəxsi münasibətlərini nəzərə alaraq, barəsində şikayətçi olmaq istəməyib. Lakin Əlinin gəlib ondan üzrxahlıq etməməsi və yardım göstərməməsi səbəbindən polisə zəng edərək, şikayət edib.

Rafiqin Əlini bağışlamasına baxmayaraq, Səbail Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar