Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müharibə şəraitində keçirilən referendumun heç bir hüquqi əsası yoxdur”

Tarix: 24-09-2022 20:20     Baxış: 3310 A- / A+
“Müharibə şəraitində keçirilən referendumun heç bir hüquqi əsası yoxdur”

Donbass, Zaporojye və Xerson vilayətlərində referendumda səsvermənin ikinci günüdür. Bundan əvvəl Luqanskda Rusiyaya birləşməklə bağlı referendumda seçicilərin 21,97 faiz iştirak etdiyini bildirilmişdi. Qeyd edək ki, sentyabrın 23-də qondarma Donetsk və Luqansk Xalq Respublikalarında (DXR və LXR), həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya subyekt kimi birləşmək məsələsi ilə bağlı referendumlar başlayıb. Referendum sentyabrın 27 -də başa çatacaq.

Mütəxəssislərin fikrincə, müharibə şəraitində referendum keçirmək Putin üçün heç də qənaətbəxş nəticə verməyəcək.
Poitoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın işğalşı siyasəti nəticəsində bu gün, həm Rusiya-Ukrayna cənhəsində, həm də bütünlükdə Rusiyanın təmsil olunduğu regionda ciddi problemlər baş qaldırır. Rusiya Ukraynanın sərt müqaviməti ilə üzləşdiyi üçün qismən səfərbərlik elan edir. Eyni zamanda vəziyyətin daha da gərginləşməsinə xidmət edən bəyanatlar, açıqlamalar verir. Rusiya tərəfindən dolğun, düzgün, sülhə yönəlik hərhansı addımlar atılmır.
Tural İsmayılov 
“Rusiya son çarə olaraq hansısa qondarma referendum keçirərək öz işğalçı mahiyyətini bir daha ortaya qoyur. Müharibə şəraitində keçirilən referendumun heç bir hüquqi əsası yoxdur. Bütövlükdə Rusiyanın işğalçılıq siyasətinin nə beynəlxalq hüquq, nə dünya diplomatiyası baxışından heç bir izahı yoxdur”,- deyən politoloq hesab edir ki, Rusiya hər keçən gün məğlubiyyətə uğradıqca öz kəsin işğalçı simasını daha kəskin şəkildə ortaya qoyur.
Referendumun keçirilməsində Rusiyanın məqsədi Ukrayndakı işğalçı davranışlarına don geyindirərək, Ukraynanın Herson, Zaparoje və s. yerlərdə irəliləməyinə Rusiya ərazilərinə müdaxilə etmək kimi təqdim etməyə çalışmasıdır. Yəni referendumdan sonra həmin ərazilr Rusiya ərazisi kimi təqdim ediləcək və Ukrayna işğal altında olan torpaqlarını geri almaq üçün həmlə edən zaman Rusiya bunu öz ərazilərinə müdaxilə kimi qiymətləndirəcək və belə təqdim edəcək.
Ekspert bildirir ki, bu hüquqsuzluq və ədalətsizlik belə davam edə bilməz. Referendumların keçirilməsindən asılı olmayaraq, Putin bütün dünyada işğalçı kimi tanınacaq və işğalçı kimi də qəbul ediləcək.
Xatırladaq ki, Rusiya fevral ayında başlayan müharibədən bəri əhalinin çox hissəsinin qaçdığı dörd bölgənin heç birinə tam nəzarət etmir.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi 2014-cü ildən bəri Rusiya qüvvələrinin nəzarətindədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar