Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədovdan azad olunmuş ərazilərdəki tikililərlə bağlı QƏRAR

Tarix: 24-09-2022 20:02     Baxış: 4251 A- / A+
İşğaldan azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiqlənib.

Manevr.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetinin həmin Qərara dair izahında bildirilib ki, Qərar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.
Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcəkdir.
Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar