Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çində sabiq nazir müavininə rüşvətxorluğa görə ölüm hökmü verildi - Şəkil

Tarix: 24-09-2022 07:47     Baxış: 4226 A- / A+
 Çinin Tszlin əyalətinin Çançun şəhərinin Orta Xalq Məhkəməsi keçmiş ictimai təhlükəsizlik nazirinin müavini Sun Litszyuna rüşvətxorluq və qanunsuz silah saxlama ittihamı ilə ölüm hökmü çıxarıb.

Bu barədə məhkəmənin bəyanatından məlum olub.

“Sun Litzsyun rüşvətxorluğa görə iki il müddətinə təxirə salınmaqla edam cəzasına məhkum edilib, həmçinin ömürlük bütün siyasi hüquqlardan məhrum edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, məhkəmə həmçinin müttəhimin bütün əmlakının müsadirə olunmasına qərar verib. Qeyd olunur ki, iki ildən sonra ölüm cəzası ömürlük həbslə (cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə və ya cəzanın yüngülləşdirilməsi hüququ olmadan) dəyişdirilə bilər.

Xatırladaq ki, Çinin keçmiş ədliyyə naziri Fu Cinghua da rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə edam cəzasına məhkum edilib. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar