Sizin Reklam Burada
Xəbər lenti
05-10-2022
04-10-2022
BÜTÜN XƏBƏRLƏR

Tovuzda qonaqlıda güllələnən şəxs Bakıda ölüb

Tarix: 22-09-2022 09:56     Baxış: 4312 A- / A+




Bud nahiyəsindən güllə yarası alan şəxs xəstəxanada dünyasını dəyişib.
Manevr.az apa-ya istinadən xəbər verir ki, sağ bud nahiyyəsinin 3/1-nin güllə yarası diaqnozu ilə Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxs xəstəxanada həkimlərin səyinə baxmayaraq ölüb.
Ötən gecə Kliniki Tibbi Mərkəzə qəbul edilən Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərov aldığı güllə xəsarətindən ölüb. O, əməliyyat olunmadan əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, sentyabr ayının 19-u axşam saatlarında Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib. Sonuncular mübahisə edən zaman ev sahibi özünə məxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.
Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}