Sizin Reklam Burada
Xəbər lenti
05-10-2022
04-10-2022
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan Rusiya vətəndaşlarına viza tətbiq edir?

Tarix: 21-09-2022 22:19     Baxış: 383 A- / A+
Hazırkı mərhələdə Rusiya vətəndaşlarına viza tətbiq etmək məsələsi müzakirə edilmir.

Bu barədə Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, hökumət maksimum şəkildə ölkənin milli təhlükəsizliyinin qayğısına qalır və bunu ictimaiyyət də görür:
“İki dəfə belə bir kampaniya başladıldı ki, guya rusiyalı turistlər ölkəmiz üçün ciddi təhlükə yaradacaq. Hər iki dəfə məlum oldu ki, bu kampaniya tamamilə əsassız, saxta və sünidir, siyasi məqsədlər güdür. Vəziyyət tam nəzarətimiz altındadır. Bütün qurumlar bununla bağlı məsuliyyət daşıyırlar və bundan sonra da məsuliyyətlə fəaliyyət göstərəcəklər. Ümumiyyətlə təhdidlərə gəlincə, təbii ki, təhdidlər var və biz bu haqda aylardır danışırıq. Odur ki, biz bütün qurumları, o cümlədən radikal müxalifəti, aidiyyatı QHT-ləri müharibəyə yönəlmiş ritorikadan əl çəkməyə, təxribatlardan çəkinməyə çağırdıq. Buna baxmayaraq, onlar öz ritorikalarını, təxribat xarakterli, qəbuledilməz hərəkətlərinə davam edirlər. Hazırda (Rusiyada) yeni səfərbərlik elan olunduğuna görə biz daha da ayıq və diqqətli olmalıyıq ki, təhlükələr bizdən yan keçsin. Müharibə yarım ildən artıqdır ki, davam edir. Bizim dövlət qurumları təhlükəsizliyimizi təmin edir və bu gələcəkdə də davam etdiriləcək”.

Qeyd edək ki, ölkənin bir sıra müxalif partiyaları və QHT-təşkilatlatı hökuməti Rusiya vətəndaşlarına viza tətbiq etməyə çağırırlar. axar.az

Manevr.az 








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}