Sizin Reklam Burada
Xəbər lenti
05-10-2022
04-10-2022
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları - Siyahı

Tarix: 21-09-2022 17:32     Baxış: 3181 A- / A+
Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb.
Manevr.az xəbər verir ki, nu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrəTəşkilat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.
Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı info@pressocuncil.az e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.
İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:
Jurnalist namizədlər
Ad, soyadVəzifəsiTopladığı səs

Rəşad Məcid“525-ci qəzet”in baş redaktoru103

Vüqar Rəhimzadə“İki sahil” qəzetinin baş redaktoru72

Vüsalə MahirqızıAPA Holdinqin rəhbəri66

Elçin Mirzəbəyli“Xalq cəbhəsi” qəzetinin baş redaktoru65

Aydın Quliyev“Bakı xəbər” qəzetinin baş redaktoru64

Hacıbəy Heydərli“Azxeber.com” saytının baş redaktoru63

Azər Həsrət“Bayraqdar.info” saytının baş redaktoru62

Akif Aşırlı“Şərq” qəzetinin baş redaktoru57

Rauf Arifoğlu“Yeni Müsavat” Media Qeupunun rəhbəri54

Alqış Musayev“Yeni Azərbaycan” qəzetinin baş redaktoru51

Fuad HüseynəliyevReport İnformasiya Agentliyinin baş direktoru49

Aynur CamalqızıTeleqraf Holdinqin rəhbəri43

Qalib İbrahimoğlu“Bakıvaxtı.az” saytının baş redaktoru42

Vasif Həsənli“Demokrat.az” saytının baş redaktoru39

Emin Musəvi“ASAN radio”nun direktoru37

Səadət MəmmədovaTeleviziya jurnalisti36

Fərid Şahbazlı“Editor.az” saytının baş redaktoru36

Səbuhi Abbasov“7news.az” saytının baş redaktoru35

Niyaz Niftiyev“Xezernews.az” saytının baş redaktoru35

Rafail Becanov“Cümhuriyyət” qəzetinin baş redaktoru30

Elşad Eyvazlı“Modern” Media Qrupun rəhbəri25

Afiq Mirzəbəyli“Reytinq” qəzetinin baş redaktoru23

Aqil Ələsgər“Yeni Çağ” Media Qrupunun rəhbəri23

Aqil Camal“Türküstan” qəzetinin baş redaktoru22

Bəhruz Quliyev“Səs” qəzetinin baş redaktoru17

Yunus Oğuz“Olaylar” qəzetinin baş redaktoru17

Məğrur Əliyev“Təbib” qəzetinin baş redaktoru17

Zahir Əzəmət“Qaynar.info” saytının baş redaktoru14
İctimaiyyətdən olan namizədlər

Əflatun AmaşovMətbuat Şurasının sədri112

Müşfiq ƏləsgərliJurnalistlərin Həmkarlar İttifaqının sədri82

Yadigar MəmmədliDemokratik Jurnalistlər Liqasının sədri66

Ceyhun MusaoğluJurnalist Ekspert Mərkəzinin sədri62

Umud RəhimoğluBeynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri58

Qulu MəhərrəmliBDU Jurnalistika fakültəsinin professoru57

Vüqar ZifəroğluBDU jurnalistika fakültəsinin dekanı48

Fərid Pərdəşünas“Technote Media” şirkətinin icraçı direktoru45

Natiq MəmmədliMedianın İnkişafı Agentliyinin şöbə müdiri36

Mətin MəmmədliBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru34

Müsəllim HəsənovBakı Media Mərkəzinin əməkdaşı33

Şəmsəddin Əliyev“Polisə dəstək” İctimai Birliyinin sədri28

Yeganə HacıyevaPolitoloq, Gənc Demokratlar İnstitutunun sədri27

Bəhruz Məmmədzadə“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini25

Vüsalə Hüseynliİslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri23

Azər SarıyevFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı18

Nadir İsmayılovOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri14

Xanoğlan Əhmədov“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri13
İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}