Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Erməni vandallığının qarşısını almaq üçün Laçına hərbi kontingent yerləşdirməli idik”

Tarix: 16-08-2022 12:40     Baxış: 4234 A- / A+
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
O, Laçın və Zabuxdan köçən ermənilərin ərazidəki meşə massivləri ilə yanaşı evləri yandırması faktına münasibət bildirib.
Deputat əlavə edib:
"Onlara ki, cənab Prezidentiniz 10 gün vaxt verdi köçsünlər, 10 gün ərzində onlar Kəlbəcərdə olub-qalanı dağıtdılar, viran qoydular, meşələri qırıb yandırdılar və çıxdıqları əraziləri də minalayıb çıxdılar. Biz ermənilərin bu vəhşiliyindən nəticə çıxarmalı idik.
Yəni rus sülhməramlıları razı olsa da-olmasa da paralel olaraq Azərbaycan hərbi nümayəndəliyi həmin ərazilərə kontingent yerləşdirilməli idi. Nəzarət etmək üçün ki, bax, bu vandallıq və vəhşilik ermənilər tərəfindən törədilməsin".
Millət vəkili əlavə edib ki, əgər biz ümid etsək ki, Rusiya hərbi kontingenti bunu nəzarətə götürüb bunun qarşısını alacaq, çox böyük səhv etmiş olarıq:
"Çünki Rusiya hərbi kontingenti ərazimizə gəldiyi bu il yarımdan çox olan müddətdə həmin bu vəhşilərlə əməkdaşlıq edib, bunları müdafiə edib, bunlarla oturub-durub.
Özü də Azərbaycan 10-15 gün gecikib bu məsələdə. Biz daha əvvəl öz hərbi kontingentimizi göndərməliydik. Bu, bizim haqqımız və hüququmuzdur. Çünki bu bizim ərazimizdir. Biz bu qərarı verməliyik ki, bu zir-zibillər köçüb qurtarana qədər biz burada iştirak edəcəyik".
Elman Məmmədov bildirib ki, biz onların gəldiyi ilk gündən fəaliyyətlərində sülhməramlılıq yox, erməniməramlılıq gördük:
"Bu, bu gün də davam edir. Eləcə də Azərbaycan tərəfi onların qarşısında bu tələbi ilk gündən qoyub. Onlar 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına aid olan imzalanmış sənəddə götürdükləri öhdəliklərin heç birinə gəldikləri vaxtdan əməl etməyiblər, əksinə, separatçılarla əməkdaşlıq ediblər. Bu gün də biz onlardan tələb edirik, amma onlar bu tələbə riayət etmirlər. Ermənilər, hətta o qədər qudurublar ki, öz yandırıb dağıtdıqlarını özləri çəkib sosial şəbəkələrdə paylaşırlar ki, yaxşı etmişik yandırmışıq, qoymayacağıq heç nə qalsın. Yəni burada özümüzdən başqa heç kimə güman yoxdur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar