Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İslamiadadakı medalların sayını 68-ə çatdırdı

Tarix: 16-08-2022 10:14     Baxış: 3204 A- / A+

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib.
Manevr.az xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl , 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar