Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ölümcül xəstə olan gəlin öz toy günündə dünyasını dəyişib...

Tarix: 15-08-2022 22:42     Baxış: 3656 A- / A+
Ölümcül xəstə olan gəlin öz toy günündə dünyasını dəyişib..."O, super-qadın idi...mənim ən yaxşı dostum olub, indi isə göylərdəki mələyimdir..."

Cənubi Uelsdə ölümcül xəstə olan gəlin öz toyunda nikah qeydiyyatından bir neçə saat sonra dünyasını dəyişib.

Bu barədə "Daily Mirror" nəşri yazıb.
61 yaşlı Helen və 60 yaşlı Devid Felvus 44 il birgə yaşayışdan sonra evlənmək qərarına gəlib.

Bu müddət ərzində cütlüyün iki övladı dünyaya gəlib.

Böyük oğulları Qevinin 43, kiçik qızları Robinin 37 yaşı var.
İyul ayında sevgililər Tenerifə məzuniyyətə yollanıb.

Səfər zamanı Helen qəflətən sağ böyründə kəskin ağrılar hiss edib, lakin bunu böyrəklərinin xəstəliyi ilə əlaqələndirib, evə dönəndən sonra həkimə müraciət etməyə qərar verib.

Britaniyalı qadın geriyə dönən kimi Robin onu klinikaya aparıb.
Ana və qızı həkimin verdiyi məlumatdan şok keçirib.
Helendə qara ciyər və bağırsaq xərçəngi aşkar edilib.

"Biz elə zənn edirdik ki, müalicə planı işlənib hazırlanacaq, lakin xəstəxanada dedilər ki, anamın vəziyyəti çox ağırdır və yalnız onun ağrılarını azalda bilərlər", - qızı Robin deyib.

Xərçəng barədə bəlli olandan sonra Helen və Devid toy etmək qərarına gəlib.

Mərasim evdə, ailə və dostların əhatəsində keçib.

Helen "Mən razıyam" sözlərini ifadə edəndən bir neçə saat sonra dünyasını dəyişib.

"O, super-qadın idi... mənim ən yaxşı dostum olub, indi isə mənim göylərdəki mələyimdir", - vəfat edən qadının qızı deyib. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar