Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni bloger: "Azərbaycan öz haqqını alacaq, Ermənistanın taleyi isə bilinmir" - VİDEO

Tarix: 15-08-2022 22:21     Baxış: 3201 A- / A+


“Mən özümü casus və satqın, Ermənistan qarşısında isə günahkar hesab etmirəm”.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan vətəndaşlığını almaq istəyən və Ermənistan tərəfindən dövlətə xəyanət və casusluqda ittiham olunan tanınmış erməni bloger İşxan Verdyan “Rasim Babayevlə müasir söhbət” YouTube kanalına müsahibəsində bildirib.
“Dörd ildir Ermənistanda yaşamıramsa, mən necə casus ola bilərəm və nə ötürə bilərəm. Məlumatı haradan əldə edə bilərəm ki, onu ötürə bilim? Bu ciddi deyil. Mən Ermənistan qarşısında özümü nədəsə günahkar hesab etmirəm. Mən belə deyiləm və hətta düşünürəm ki, etdiyim hər şey Ermənistan üçün yaxşı olacaq, indi olmasa da, bir ildən sonra, beş ildən sonra mütləq olacaq. Yəni bunu bizim uşaqlarımız görəcək”, – deyə o vurğulayıb.
Blogerin sözlərinə görə, o, mütəmadi olaraq internetdə ona qarşı təhdidlərlə üzləşir.
“Təhlükələrlə daim üzləşirəm. Köhnə dostlarım bilirlər ki, şəxsi, bəzən hətta ictimai çıxışlarda belə hücumlara məruz qalıram. Hər şey olub. Hətta ictimai yerdə, Facebook-da başıma qiymət qoydular. Amma mən buna hazır idim, gözlənilən idi”, – deyə Verdyan bildirib.
Erməni fəal İrəvanda Azərbaycan və Türkiyə ilə sülhün bərqərar olmasına qarşı olduqlarını bildirib.
“Bu gün Ermənistanın bütün elitası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir. Ermənistanın bütün elitası! Bir dənə də olsun anlayışlı və ya layiqli insan yoxdur. Ermənistanın bütün elitası bu gün sülhün əleyhinə işləyir.
Bir nəfər mənə deyib ki, Ermənistan dünyada elitanın xalqa qarşı işləyən yeganə ölkəsidir”, – deyə Verdyan vurğulayıb.
Onun sözlərinə görə, baş nazir Paşinyan güclü təzyiq altındadır.
“Bu gün Paşinyan Ermənistanın mütləq lideri sayıla bilməz, çünki hər şey onun istəyi ilə baş vermir. Bəlkə onu nəsə narahat edir, bəlkə ona yanlış məlumat verilir? Ancaq şübhə yoxdur ki, orada tam qarışıqlıq var.
Barışıq üçün sıfır addım, başa düşürsən? Sıfır addımlar. Heç ümid də yoxdur.
Bu yolla Ermənistanı məhv etmək istəyirlər. Azərbaycana heç nə olmayacaq, gec-tez haqqını alacaq. Belə davam edərsə, Ermənistanın başına nə gələcək? O, bu bölgədə necə yaşayacaq? Mən təsəvvür etmirəm. Ona görə də hamı sussa, mən də susmayacağam”, – bloger deyib.
Daha ətraflı videoda:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar