Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ mafiyası 34 il Ermənistanı taladı - Baqdasaryan

Tarix: 15-08-2022 11:27     Baxış: 3195 A- / A+

Məlum faktdır ki, cinayətkar ailənin demək olar ki, bütün simaları, xüsusən də onun ən görkəmli nümayəndələri Robert Köçəryan və Serj Sərkisyan namus və vicdanı olmayan oğru və fırıldaqçılardır. Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla sərvət toplayaraq Ermənistanı və erməni ordusunu da soyublar.
Manevr.az xəbər verir ki, bunu erməni jurnalist Roman Baqdasaryan deyib.
Onun sözlərinə görə, 1988-ci ildən 2020-ci ilə qədər bütün ermənilər Qarabağ mafiyasının girovuna çevrilib və bu mafiya onlara qarşı çıxan yüzlərlə məmur və iş adamlarını sıradan çıxarıb:
“1988-ci ildən biz mütəşəkkil cinayətkarlığın girovuna, Qarabağın şikəst gənclərinin şahidinə çevrilmişik. Heç kim tarix öyrətmir, durmadan bir-birini öldürür, büdcə pullarını oğurlayır, hamını söyür. Orduda bir çox oğlanları narkoman edən, onları buna öyrədən “Qarabağ klanı” idi. 34 ildir ki, bütün xalq oğullarını göndərib və “sağ ol” əvəzinə bu adamlardan həmişə lənətlər eşidirik. Ölkənin bütün qızıllarını, təbii sərvətlərini və xoşbəxtliyimizi oğurladılar. Xalq 34 ildir ki, Qarabağ mafiyasından yaxşı heç nə görməyib: yalnız kədər və satanizm. Düzünü desək, bu, bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zonadır. Bu, lənətdir və Qarabağ mafiyası heç vaxt bizi xoşbəxt olmağa qoymaz”.
Baqdasaryan qeyd edib ki, Köçəryan və Sərkisyan Ermənistanda şayiələr yayıb, onların hakimiyyətə gəlməsinə mane olanları öldürüb, günahsız insanları Şuşa həbsxanasına salıb, Azərbaycan torpaqlarından qızıl oğurlayıb, erməni diasporu və “Hayastan” fondundan pulları mənimsəyiblər:
“34 il oğurlanmış pullarla Qarabağda saraylar tikdilər, əsgərləri məsxərəyə qoydular, ordunu, yemək-yanacağa qədər qarət etdilər, Ermənistanın ən yaxşı obyektlərini, dünyanın hər yerindəki səfirlik və konsulluqları ələ keçirdilər, parlamentin edamını səhnələşdirdilər. İrəvan küçəsindəki repressiyaları və qırğınları xatırlayın, narkotik satdılar, narkotik alverçilərini qorudular./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar