Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

170 erməni Laçın şəhərini tərk edir: “Əşyaları artıq toplanıb”-“Mer”

Tarix: 14-08-2022 21:02     Baxış: 4263 A- / A+


170 erməni Laçın şəhərini tərk edir: “Əşyaları artıq toplanıb”-“Mer”

Azərbaycanın Laçın şəhərində işğaldan sonra məskunlaşan ermənilər hələ şəhəri tərk etməyiblər, ancaq  əşyalarını toplayıblar. 
Manevr.az xəbər verir ki, bu barədə Laçındakı ermənilərin “icma rəhbəri” adlandırılan Narek Aleksanyan “NEWS.am”-a müsahibəsində bildirib. O deyib ki, 170 nəfər şəhəri tərk edəcək:
“Onların hansı istiqamətə gedəcəkləri hələ məlum deyil, yəni  Qarabağa, yoxsa Ermənistana köçürüləcəkləri bəlli deyil”, -Aleksanyan bildirib.
O, Laçından çıxan ermənilərin yeni dəhlizin ərazisində yerləşən kəndlərə köçürülməsi ilə bağlı dəqiq məlumata malik olmadığını  deyib. Eyni zamanda, qeyd edib ki, əgər bu baş verərsə, bu kəndlərdə yaşamağa razılıq verən ailələr olacaq. 
Şəhərdən çıxandan sonra evlərin yandırılması məsələsinə gəlincə, “mer” təhlükəsizlik problemlərinin olduğunu, sakinlərin evləri yandırmamasına üstünlük verdiyini qeyd edib: “Yaxınlıqda ermənilərin indi də yaşadığı kənd var, alov ora da çata bilər, təhlükəsizliklə bağlı bir sıra problemlər də var, onlar haqqında çox danışmaq istəməzdim. Hər halda hesab etmirəm ki, evin yandırılmasının təzminat ödənilməsinə aidiyyəti olsun. Buna görə insanların kompensasiya almayacağını düşünmürəm, amma mənim fikrim aydındır, evlərin yandırılmasına ehtiyac yoxdur”. 
Aleksanyanın sözlərinə görə, kibabxana fondları,  xaçkarlar da Laçından çıxarılır.
Xatırladaq ki, Laçın şəhəri, Zabux və Sus kəndi avqustun 25-də Azərbaycana təhvil verilməlidir./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar