Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Əliyevin çıxışından gəldiyi NƏTİCƏ: Bakı BU TARİXDƏN Xankəndiyə NƏZARƏT edəcək

Tarix: 13-08-2022 19:07     Baxış: 4312 A- / A+

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Qarabağdakı ermənilər barədə səsləndirdiyi fikirlər Ermənistanda təşviş doğurub.

Manevr.az xəbər verir ki, İrəvanda Bakının Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından sonrakı dövrə hazırlıq gördüyünə əmindilər.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan iddia edir ki, rəsmi Bakı sülhməramlıların fəaliyyətinin başa çatmasından sonrakı dövrə zəmin yaradır.

“Məqsəd Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsidir və Azərbaycan prezidenti Laçın yolunun inşa edilməsindən bəhs edərkən, bunun mümkünlüyünü elan etdi. Bu o deməkdir ki, Azərbaycan sülhməramlıların növbəti müddətdə qalmasına imkan verməyəcək və bölgədəki erməniləri öz vətəndaşına çevirmək istiqamətində hərəkət edəcək”, - o bildirib.

Prezident İlham Əliyev Laçın yolunun inşasından danışarkən deyib ki, ermənilər Azərbaycan inşaatçılarına kömək ediblər.

“Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”, - dövlət başçısı bildirib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar