Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti bir neçə sərəncam imzalayıb

Tarix: 13-08-2022 15:18     Baxış: 3574 A- / A+
Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Göyçə-Zəngəzura Qayıdış Birliyi Mətbuat Xidmətinin məlumatı
Mühacirətdəki Göyçə-Zəngəzur Türk Cumhuriyyəti dövlətinin dünyada tanıdılması, strukturunun təkmilləşdirilməsi və dövlət atributlarının qəbul edilməsi istiqamətindəki fəaliyyətləri uğurla davam etdirilir. Yaxın tarixdə GZTC-nin Ana Yasasının ilkin layihəsinin hazırlanması işləri yekunlaşacaq və  ictimaiyyətin müzakirəsinə təqdim olunacaq. Eyni zamanda GZTC-nin prezidenti Rizvan Talıbov bir neçə sərəncamlar imzalamışdır.
İmzalanmış sərəncamlara əsasən öz xahişləri ilə Fatma Cengiz xanım prezidentin yardımçısı və sözçüsü vəzifələrindən, Arif Duran Xarici İşlər nazirinin 1-ci müavini və icra etdiyi Xarici İşlər naziri vəzifəsindən, Hilmi Şahballı prezidentin köməkçisi vəzifəsindən azad olunmuşlar. 
Prezidentin digər sərəncamları ilə prezidentin Beynəlxalq Təşkilatlar və Türk Dövlətləri ilə əlaqələr üzrə köməkçisi Mehmed Ali Arslan eyni zamanda Xarici İşlər naziri (bakanı) vəzifəsinə, prezidentin İqtisadi məsələlər və Beynəlxalq əlaqələr üzrə yardımçısı Erdal Antakyalı eyni zamanda İqtisadiyyat naziri (bakanı) vəzifəsinə, Xarici Ölkələrdəki Təşkilatlar və Diasporla işlər üzrə Dövlət Komitəsi naziri (bakanı) Ahmed Erdoğan eyni zamanda prezidentin Humanitar siyasət, Mədəniyyət və Dini məsələlər üzrə köməkçisi vəzifəsinə, Ragip Taygan prezidentin Hüquq Mühafizə Orqanları, Güc strukturları ilə İşlər və Hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə,  Arif Duran Baş nazirin müavini, Elm və Mədəniyyət nazirinin 1-ci müavini vəzifəsinə, Necmeddin Celik prezidentin Avropa Ölkələri üzrə təmsilçisi və Xarici İşlər nazirinin 1-ci müavini vəzifəsinə, Cengiz Çiçek prezidentin köməkçisi və Təhlükəsizlik və Fövqəladə hallar nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşlar.
Sərəncamlar imzalandıqları 12.08.2022-ci il tarixindən qüvvəyə minir.
Dövlətimiz, Millətimiz, El-obamız üçün uğurlu, xeyirli olsun!

Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Göyçə-Zəngəzura Qayıdış Birliyi Mətbuat Xidməti.
13.08.2022.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar