Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvanda oğru dəstə saxlanıldı - ŞƏKİL

Tarix: 13-08-2022 09:13     Baxış: 3254 A- / A+
Şirvanda oğru dəstə saxlanıldı -FOTO
Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 10000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran üç nəfərdən ibarət oğru dəstə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Zahid İsmayılov, Pərviz Dəmirov və Murad Nəzirov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, evdən oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xeyrulla Babayev saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı külli miqdarda heroin və metamfetamin, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az


Şirvanda oğru dəstə saxlanıldı -FOTO



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar