Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncədə xəstə yaxınları tibb bacısını döydülər

Tarix: 13-08-2022 07:57     Baxış: 4252 A- / A+
Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı) döyərək ona xəsarət yetiriblər.

Hadisə şəhərin Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq, həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar