Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərli qadın eyni zamanda 18 məşuqu ilə görüşüb və günlərin bir günü ələ keçib...

Tarix: 12-08-2022 20:49     Baxış: 3245 A- / A+
Ərli qadın eyni zamanda 18 məşuqu ilə görüşüb və günlərin bir günü ələ keçib..."Necə ola bilərdi ki, vergiləri ödəməyi tələb edən adam öz şəxsi evini satmalı olub?.."

Ərdə olan Çin modeli eyni zamanda 18 məşuqu ilə görüşərək, onların 18 milyon yuan (təxminən 505 min manat-red.) məbləğində vəsaitini mənimsəyib və ələ keçib.

Bu barədə "South China Morning Post" nəşri yazıb.

U soyadlı 29 yaşlı qadın öz dələduzluq fəaliyyətinə 2017-ci ildə başlayıb.

O, kişiləri əmin edib ki, onlara ərə gedəcək, hətta öz qurbanları ilə toydanöncəki fotosessiyalar da keçirib.

Bir çoxları onu əvvəlcədən həyat yoldaşı adlandırıb.

Kişilərin etibarını qazanaraq, U onlardan pul tələb etməyə başlayıb.

Bəzən o, izah edib ki, atası xərçəng xəstəsidir, qohumunu girov qoyaraq həbsdən çıxarmalıdır və ya qardaşına evlənəndən sonra ev almaq üçün pul lazımdır.

Uya kömək etmək üçün tora düşən bəzi kişilər kredit götürüb.

Kimsə qadının səmimiliyinə şübhə ilə yanaşıbsa, o, polisə şikayət edəcəyi ilə təhdid edib, pulları qaytarıb və yeni qurbanlarından lazımi məbləği xahiş edib.

Bu fırıldaqçılıq Unun Van soyadlı məşuqundan qardaşı rolunda çıxış etməyi xahiş edəndən sonra iflasa uğrayıb.

O, izah edib ki, guya, ödənilməyən vergilərə görə onu izləyən Li adlı kişidən canını qurtarmağa cəhd edir.
Həqiqətən də Li Uya 900 min yuan (təxminən 224 min manat-red.) borc verib.

Onunla görüşəndən sonra Van nəsə şübhəli məsələ olduğunu duyub.
"Kişi məndən soruşdu ki, ona pulları nə zaman qaytara biləcəyik. Onun sözlərinə görə, vəsaitləri çatışmadığından öz evini satmalı olub. Mən dərhal Unun məndən nəyisə gizlətdiyindən şübhələndim. Necə ola bilərdi ki, vergiləri ödəməyi tələb edən adam öz şəxsi evini satsın?"- o, belə söyləyib.

Van Udan valideynlərilə toy məsələsini müzakirə etmək üçün ona imkan verməyi tələb edib. Əks halda onu tərk edəcəyini və pullarını geri tələb edəcəyini deyib.

U borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bəyan edəndən sonra kişi polisə müraciət edib.

Bundan öncə məlumat verilib ki, Krasnodar sakini olan bir qadın Norilskdən 66 kişini aldadaraq milyonçuya çevrilib.

Dələduz qadın kişilərə ağır həyatından şikayətlənərək, ona kömək etməyi və pulları katına köçürməyi xahiş edib. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar