Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ardıcıl siyasət Azərbaycanı bölgənin mühüm nəqliyyat mərkəzinə çevirir” – Aqil Məmmədov

Tarix: 03-07-2022 16:06     Baxış: 3285 A- / A+


“Ardıcıl siyasət Azərbaycanı bölgənin mühüm nəqliyyat mərkəzinə çevirir” – Aqil Məmmədov

Bu həftənin mühüm hadisələrindən birib Prezident İlham Əliyevin Aşqabadda keçrilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı və çıxışı oldu.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, Azərbaycan Prezidenti çıxışında Xəzər dənizinin ekoloji problemlərinə xüsusi yer ayırıb ki, bu da ilk növbədə, ölkəmizin şərq sərhədini əhatə edən mühüm su hövzəsinə həssas yanaşmağımızla bağlıdır: “İllərdir ki, Xəzəryanı dövlətlər arasında onun status, bölgüsü ilə bağlı müzakirələr getməkdədir.  Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya bu baxımdan tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi hüquqi status baxımından möhkəm zəmin yaradacaq. Cənab Prezident öz çıxışında daha çox Xəzərin ekoloji məsələlərinə, onun çirklənməsiə və su səviyyəsinin azalmasına xüsusi diqqət ayırdı. Bu da təbiidir. Çünki, Xəzərin təbii ehtiyatlarına mənfi təsir göstərən bu problemlər artıqca, bu Xəzəryanı dövlətlər üçün də çətinliklər yaradır. Bu baxımdan, ölkə başçısının Xəzərin taleyindən narahatlıqlarını ön plana çəkməsi, Azərbaycanın yalnız öz maraqlarını deyil, bölgənin və bütövlükdə dünyanın maraqlarını da düşündüyünün göstəricisidir”.
Millət vəkili bildirib ki, Xəzər dənizi sahil dövlətlərinin əhalisinin rifahının yüksəldilməsinə iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bu da, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
A.Məmmədov Zirvə toplantısında Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi” haqqında dediklərinə diqqət çəkib. Bildirib ki, “Zəngəzur dəhlisi” ifadəsi artıq beynəlxalq terminə çevrilir: “Cənab Prezident beynəlxalq tədbirlərdəki çıxışında hər zaman Zəngəzur dəhlizinin əhəmiyyəti, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat verir. Həqiqətən, çox qısa vaxtda Azərbaycan istər avtomobil yolu, istərsə, dəmiy yolu çəkilişi sahəsində böyük işlərə imza atıb. Bir azdan hər iki nəqliyyat xətti Ermənistan  sərhədinə dayanacaq. Ona görə də, Ermənistan gecikmədən bu mühüm beynəlxalq xətlərin öz ərazisində tikintisinin başlanması üçün təxirəsalınmaz addımlar atmalıdır. Bu xətlər artıq beynəlxalq əhəmiyyət kəsb edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar