Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin çıxmaq istəmədiyi Zabux kəndi – Video

Tarix: 03-07-2022 14:18     Baxış: 4295 A- / A+


2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun çəkilməsi ilə ermənilər Laçın şəhəri ilə bərabər, Zabus kəndini də tərk etməlidirlər və bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçməlidir.
Manevr.az xəbər verir ki, Laçın yolunun tamamlanmasına az qaldığı üçün ermənilər cidd-cəhdlə ən azı Zabux kəndini boşaltmaq istəmirlər və yaxud bununla bağlı kampaniya aparırlar.
Erməni mediası isə “kənddə yaşayan ermənilərin” etirazlarını tirajlamaqla və onların etirazlarını yaymaqla məşğuldur. Bununla ermənilər 10 noyabr 2020-ci il bəyanatını ayaqlar altına atmaqla yanaşı, sanki 44 günlük müharibə zamanı qaçdıqlarını unutdurmağa çalışırlar. Ənənəvi erməni hiyləsi işə düşüb.
Məsələ isə budur ki, ermənilər Laçına və Laçın yolu ətrafındakı kəndlərə yalnız işğal dövründə məskunlaşıblar. Burada məskunlaşan ermənilərin əksəriyyəti isə ümumiyyətlə Ermənistanda və Qarabağın müəyyən hissələrində yaşayan ermənilər deyil.
Bu ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətiriliblər və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər.
Zabux kəndindən erməni mediasının yaydığı bu materialda da hər şey aydın görünür: bu evlər kənd camaatının illərlə özünün tikib-qurduğu evlər deyil, layihə əsasında, dövlət tərəfindən tikilib və xaricdən gətirilən ermənilər məskunlaşdırılıb. Zabuxun icma rəhbəri Andranik Çavuşyan da Livan ermənisidir və bunu heç gizlətmir də.
Ənənəvi olaraq Azərbaycan ərazilərinə köçürülən kimi “dədə-baba torpağımız” deyən ermənilər bu dəfə öz yalanlarını tikdikləri evlərlə ifşa edirlər.
Ermənilər fəxrlə guya müharibədən sonra məktəbin, tibb mərkəzinin, kənd administrasiyasının damını və futbol meydanını təmir etdiklərini bildirirlər. Halbuki bu kənddə dağıntı olmayıb, “təmir” adına da heç nə yoxdur, hər şey rəsmi qurumların ayırdığı vəsaitlə tikilib və kəndə köçürülənlərin istifadəsinə verilib. Əks halda evlərin bütün layihələri eyni olmazdı./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar