Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər Rusiya qalib gələrsə, Polşanın vəziyyəti dramatik olacaq..."

Tarix: 02-07-2022 20:51     Baxış: 3256 A- / A+
"Əgər Rusiya qalib gələrsə, Polşanın vəziyyəti dramatik olacaq..."
"Rusiya siyasi və strateji cəhətdən bu müharibəni uduzur..."

"Ukrayna daha əlverişli vəziyyətdədir, çünki Qərbin geniş dəstəyinə bel bağlaya bilər"

"Hazırda NATO-nun strategiyası Rusiya təhlükəsindən müdafiə konsepsiyasına çevrilməkdədir"
Polşa Putinin Ukraynadan sonrakı hədəfini açıqlayıb

Polşanın milli təhlükəsizlik Bürosunun sabiq rəhbəri general Stanislav Kozey Rusiyanın Ukraynadan sonrakı hədəfini açıqlayıb.

Bu barədə Polşanın "Dzennik polski" qəzeti yerli "Radio zet" nəşrinə istinadən yazıb.

General ehtiyat edib ki, bu hədəf Polşanın 100 km-lik ərazisi olan, Belarusla Kalininqrad vilayəti arasında yerləşən Suvalki rayonu vasitəsilə Kalininqradla quru əlaqənin yaradılması olacaq.
"Polşanın təhlükəsizliyi Ukraynadakı müharibənin nəticələrindən asılıdır, - ekspert buna əmindir. - Əgər Rusiya qalib gələrsə, bizim vəziyyətimiz dramatik olacaq. Putin yeni zərbələr endirməyə hazırdır".

Polşanın milli təhlükəsizlik Bürosunun sabiq rəhbəri xatırladıb ki, hal-hazırda, İsveç və Finlandiyanın NATO-ya daxil olduğu dönəmdə, Kalininqrad Rusiyanın strateji, eyni zamanda təcrid edilmiş bazasıdır.
"Mən bu gün kimin-Rusiyanın, yoxsa Ukraynanın qalib gələcəyini söyləyə bilmərəm, - general Kozey deyib. - Mən hərbi mənada qələbəni nəzərdə tuturam. Rusiya siyasi və strateji cəhətdən bu müharibəni uduzur. Ona görə də Ukraynada müharibə davam etdikcə, düşünürəm ki, Polşaya hərbi müdaxilə təhlükəsi yoxdur".

Kozeyin fikrinə görə, Moskva Ukraynada müharibənin getdiyi müddətdə "Suvalki dəhlizi" ilə məşğul olmayacaq, ehtimal edilən ssenari isə hər iki tərəfə lazım olan fasilə səbəbindən dondurulmuş münaqişə ola bilər.

"Ukrayna bu müharibəni uduza bilər, - Stanislav Kozey güman edir. - Amma problem bu məğlubiyyətin necə təsvir edilməsindədir. Çünki hələlik hər iki tərəf uduzur. Onlar böyük itkilərə məruz qalır. Lakin Ukrayna daha əlverişli vəziyyətdədir, çünki Qərbin geniş dəstəyinə bel bağlaya bilər".

General əlavə edib ki, hazırda ikinci "soyuq müharibə" gedir, ona görə də NATO gözlənilməz şərait üçün daimi operativ planlar işləyib hazırlayır.
"İndiyədək NATO-nun güc strukturları böhranlara reaksiya verməyə istiqamətlənib, - Kozey Şimali Atlantika İttifaqının yeni strategiyasını dəyərləndirib. - Hazırda bu strategiya Rusiya təhlükəsindən müdafiə konsepsiyasına çevrilir. moderator

.Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar