Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Payızda ət ucuzlaşacaq? - Ekspert YENİ QƏRARI şərh edir

Tarix: 02-07-2022 15:17     Baxış: 5281 A- / A+
Payızda ət ucuzlaşacaq? - Ekspert YENİ QƏRARI şərh edir
72 adda yem və yem məhsullarının ƏDV-dən azad olunmasından sonra hər kəsdə ətin qiymətinin ucuzlaşacağı ilə bağlı fikir yaranıb. 
 
Reallıqda vəziyyət necədir, ən azı payız aylarına ət və ət məhsulları ucuzlaşa bilərmi? 

Manevr.az xəbər verir ki, Kənd Təsərrüfatı üzrə ekspert Akif Nəsirli bizim.media-ya açıqlamasında bildirib ki, yem məhsullarının ƏDV-dən azad olunması ətin qiymətinin sabit saxlanması üçün tətbiq olunub:

"Çünki sizin də, bildiyiniz kimi Rusiyadan ölkəyə gətirilən yem məhsullarının qiyməti məlum səbəblərdən dolayı bahalaşıb ki, Azərbaycanda da yem bazarının əsas təminatçısı məhz Rusiyadır. Buna uyğun olaraq  yerli sahibkarlarda ətin qiymətini qaldırmaq zəurəti yaranmışdı. Yerli media orqanları da qısa müddət öncə bunu qabartmaları əhalini xeyli təşvişə saldı və hökümət məsələyə müdaxilə etməyə məcbur oldu".

Digər bir fakt kimi ekspert xaricdən ölkəyə gətirilən ətin də qiymətinin bahalaşdığını vurğulayaraq, bunun təsiri ilə yerli bazarda ətin qiymətinin qalxmaması üçün yemin ƏDV-dən azad olunmasının zəruri olduğunu vurğulayıb:
 
"Son zamanlar xarici bazardan ölkəyə gələn ətin qiymətinin artması da, bir növ yerli inhisarçılar üçün qiymət artımını qaçılmaz edirdi. İndi hökumətin yem məhsullarını ƏDV-dən azad etməsi bir növ ətin bazar qiymətini sabit saxlamaq üçün təcili olaraq atılan addımdır və bu özünü daha çox payız aylarından başlayaraq biruzə verəcək".

Ekspert onu da vurğulayıb ki, ətin qiymətinin təbii şəkildə azalması üçün məhsul bazarında rəqabətin artırılması zəruridir:
"İndiki vəziyyətdə rəqabət qabiliyyəti yüksək olan mühitlərdə məhsulların qiyməti azalmağa doğru gedir. Ət bazarında qiymətlərin aşağı düşməsi üçün təkcə yemin maya dəyərinin aşağı düşməsi kifayət deyil, həm də yüksək rəqabət qabiliyyətli mühit yaratmaq lazımdır. Digər halda isə dolayı yolla ətin qiymətinin aşağı düşməsi hökümətin inhisarçılara təsirindən asılıdır. Yəni bir çox əlavə tədbirlər  planı və ya dəstək paketləri hazırlayaraq buna nail olmaq olar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar