Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: "Səni deşərəm" deyib, hücum etdi

Tarix: 02-07-2022 09:55     Baxış: 4315 A- / A+



Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlundan xəbər var.
Manevr.az bildirir ki, zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı milli.az-a danışıb:
"Elə gecə toydan çıxdıq, toy qurtarmışdı, heç kim yox idi. Biri gəldi nəsə təhqiramiz söz dedi, atam dedi ki, "Cavansınız, gedin işinizlə məşğul olun. Ayıbdır axı, adam böyüklə belə danışmaz".Bu məqamda bir nəfər böyürdən çıxdı, mən də bizim ansamblla bir yerdə atamın yanındayam. Yaxınlaşıb dedi "Deşərəm". Mən dedim "Sən kimi deşirsən, nə danışırsan sən? Bir az mədəniyyətin olsun". Heç demədim ki, dədəmdir. Elə ondan sonra hücum etdi, yumruq atdı mənə, bu məqamda əlbəyaxa olduq. Sonra ürəyimə bıçaqla zərbə endirmək istədi, mənə dəymədi. 
Atamı isə 5-6 dəfə bıçaqla vurdu. Zərbənin iki-üçü belindən dəydi, qaraciyərini, digər orqanlarını deşib. Atam gecə 4 saat əməliyyatda olub. 1 saat, saat yarım olar ki, əməliyyatdan çıxıb. İndi atamı reanimasiyaya yerləşdiriblər. Həkimlər atamın səhhətinin orta-ağır olduğunu deyirlər.
Qeyd edək ki, Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Hadisə bir neçə saat öncə "Altun" restoranında baş verib. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar