Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya buna görə döyüşməyə məcburdur – İLGİNC SƏBƏBLƏR

Tarix: 23-06-2022 20:11     Baxış: 3272 A- / A+

“Rusiya hərbi dövlətdir və onun məqsədi “işıq fırtınası” olmaqdır” –  İmperator II Aleksandr.
“Rusiya tarixinin tədqiqatçıları rus dövlətinin xarakterini formalaşdıran  əsas səbəbləri qeyd edirlər: avtokratiya, həddindən artıq mərkəzləşmə, böyük ordu. Rusiya bir “prujin” kimidir. Bəzən yığılır, bəzən isə uzandıqca-uzanır. Ona görə də Rusiyanın sərhədlərinin harada olduğunu söyləmək çox çətindir. Rus “prujini” tam açılanda Avropanın və Avrasiyanın çox hissəsini tutur”.

Manevr.az xəbər verir ki,  bu fikirləri rusiyalı politoloq Aleksey Jivov səsləndirib. Onun sözlərinə görə, Rusiya dövlətinin xarakteri müxtəlif qonşularla ən sərt hərbi rəqabət şəraitində formalaşıb: “Sərt iqlim, zəif məhsul və daimi hərbi təhlükə rusları böyük bir ordu saxlamağa məcbur edib. Orta hesabla qonşu ölkələrin və krallıqların ordularından 2-4 dəfə böyük olub. Moskva bəzən bir neçə istiqamətdən gələn hərbi təhdidlərə eyni vaxtda cavab vermək məcburiyyətində qalıb. Bu amillərin təsiri nəticəsində rus hakimiyyətinin avtoritar xarakteri, Rusiyanın kommunal təsərrüfatı və rus zadəganlarının tabeçilik mövqeyi formalaşıb. Rusiyanın həmişə müttəfiqləri az, düşmənləri çox olub. Son 500 ilin 350 ili Rusiya üçün müharibə şəraitində keçib. Rus milli xarakteri belə formalaşıb”.
Politoloq hesab edir ki, bütün bunlar tarixin dərin iz buraxan xatirəsi ola bilərdi, əgər 2022-ci ildə Rusiya yenidən 16-17-ci əsrlərin problemləri ilə üzləşməsəydi: “Yenə də Rusiyanın Belarus və Serbiyadan başqa heç bir müttəfiqi yoxdur. Düşmənlər yenə də açıq şəkildə bəyan edirlər ki, onlar rus xalqının ölümünü istəyirlər. Biz yenə öz mahiyyətimizə qayıtmağa məcburuq. Bütün qüvvə və vasitələrimizi, sivilizasiyamızı, dilimizi, həyat tərzimizi qorumaq üçün avtokratik hərbi dövlətə çevrilməliyik. Bu isə “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarının əməli mənasına keçməsi deməkdir. Bu məna hər bir ölkə vətəndaşı üçün – qapıçıdan tutmuş ən varlı oliqarxa qədər əsas mesaja çevrilməlidir. Tarixi anın əhəmiyyətini dərk etməyənlər isə pulsuz və azadlıqsız qalmaq riski ilə üz-üzə qalacaqlar”.
“Uzun müddət Avropanın bizim ona olan hədsiz sevgi və sədaqətimizi qəbul edəcəyinə ümid bəsləmişik. Amma Avropaya həqiqətləri göstərməyin vaxtı çatıb. Beləliklə, şanlı, qədim rus dövlətimizin mövcud olduğu tarixi dairə təkrarlanır” – deyə Aleksey Jivov fikirlərini tamamlayıb./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar