Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizində son vəziyyət: Bakı prosesi sürətləndirir

Tarix: 23-06-2022 18:46     Baxış: 4301 A- / A+

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atılır.

Nazir müavininin Rumıniya ilə iclasda Zəngəzur dəhlizini gündəmə gətirməsi təsadüfi deyil. Çünki bu dəhliz təkcə region ölkələri – Rusiya, İran, Türkiyə, Ermənistan üçün deyil, həm də Avropa ölkələri üçün əhəmiyyətlidir və Məmmədquliyev məhz buna görə “dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək” - deyir.

Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin habını təşkil edir. Zəngəzur dəhlizi də məhz bu habın daha effektli işləməsinə töhfə verəcək: Çindən Avropaya daşınan yüklər həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” marşrutuları üzrə Azərbaycandan keçəcək.

Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti siyasi və texniki olmaqla iki istiqamətdə dəyərləndirmək olar.

Siyasi vəziyyət:

Ermənistan tərəfi dəhlizin “yol məntiqi”, yəni, gömrük-keçid məntəqəsinin qurulması ilə icrasına çalışır. Bu məsələ Brüssel görüşlərində razılaşdırılsa da, Bakı imzaların atıldığı 10 noyabr razılaşmasının icrası fonunda “dəhliz məntiqi”ndən imtina etməyib. Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumundakı çıxışında bu mövqeyi qətiləşdirdi.

Zəngəzur dəhlizinin regional sülhün fundamental elementlərindən biri olduğunu deyən Əliyev bununla “ya üçtərəfli bəyanatın Zəngəzur da daxil olmaqla bütün müddəaları icra olunmalıdır, ya da sülh olmayacaq” mesajını verdi. Və təsdiq etdi ki, Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılması məsələsi son dövrlər daha aktual görünsə də, gerçəkdə Azərbaycan mövqeyindən geri çəkilməyib.

Texniki vəziyyət

Dəhlizin əsas hissəsi olan 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb: birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Azərbaycan tərəfi avtomobil yolunun da inşasını sürətlə davam etdirir: dəhlizə daxil olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun çəkilşi aparılır;

Hələlik Ermənistan tərəfdən praktiki addımlar atılmayıb. İndiyə qədər Nikol Paşinyanın dəhlizə inteqrasiya olunacaq Arazdəyən-Horadiz dəmiryolu xəttinin Ermənistandan keçən hissəsinin bərpası ilə bağlı işçi qrupunun yaradılması haqda qərarından başqa heç bir iş görülməyib.

Bunun fonunda Azərbaycan tərəfinin sürətlə davam etdirdiyi işlər diqqət çəkir və perspektivdə Bakının iki istiqamətdə hərəkət edəcəyi ehtimalı önə çıxır:

Birincisi, dəhlizin İran ərazisindən keçən hissəsindən istifadədir: bu, Ermənistanın regional təcridini daha da sürətləndirə və “nəfəslik” kimi gördüyü İran qapısının da bağlanması ilə nəticələnə bilər; belə perspektiv İrəvanı dəhlizin açılmasına məcbur edəcək amildir;

İkincisi, dəhlizin açılması, yəni 10 noyabr razılaşmasının icra olunması istiqamətində hərbi-siyasi addımların sürətləndirilməsidir: Əliyevin Zəngəzur dəhlizini regional sülhün əsas komonentlərindən biri elan etməsi bu kontekstdə təsadüf deyil və bu o deməkdir ki, Bakı hədəfinə nail olmaq üçün zəruri tədbirlər görə bilər;

Asif Nərimanlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar