Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı

Tarix: 23-06-2022 18:34     Baxış: 3822 A- / A+

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçirilməyəcək.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında AYB-nin sədri, xalq yazıçısı Anar Rzayev bildirib.
Onun sözlərinə görə, buna səbəb Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasıdır: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”.
AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək.
Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada keçirilən Vaqif Poeziya günlərində A.Rzayev AYB-nin XIII qurultayının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təklifi ilə çıxış etmişdi. Bundan sonra qurultaya hazırlıq işlərinə başlanılmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar