Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Danışıqlarda əsas mövzu Zəngəzur dəhlizi olacaq - Politoloq

Tarix: 23-06-2022 17:08     Baxış: 4299 A- / A+


“Sergey Lavrovun Bakıya səfərinin əsas məqsədlərindən biri ikitərəfli əlaqələrdir. Xüsusilə son zamanlar sərhəddə baş verən gərginlik ətrafında da müzakirələrin aparılacağı istisna deyil”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, danışıqların mərkəzində Zəngəzur dəhlizinin açılması olacaq: “Mariya Zaxarova özü də açıqlamasında söyləyib ki, Lavrov Bakı səfərində tərəfləri maraqlandıran bütün mövzularla bağlı fikir mübadiləsi aparacaq. Sərhəddəki gərginlik və Qarabağda qeyri müəyyən vəziyyət də müzakirələrdə öz yerini alacaq.  Amma danışıqların mərkəzi bu məsələlər olmayacaq. Dünyada müşahidə edilən iqtisadi böhran, buğdanın ixracı ilə bağlı məsələlər ətrafında danışıqlar gedəcək. Çox güman ki, Zəngəzur dəhlizi məsələsi də müzakirə olunacaq. Çünki bu, Rusiya üçün də vacib bir yoldur. Amma Ermənistanın destruktiv siyasəti bu prosesin ləngiməsinə gətirib çıxarır”.

İ.Vəlizadənin fikrincə, 3+3 formatında keçirilən görüşdə heç bir razılıq əldə olunmayacaq: “Burada tərəflər sadəcə öz fikirlərini irəli sürüb müzakirə edirlər. Gürcüstan məlum səbəblərə görə bu formatda iştirak etmir. Ancaq bu o demək deyil ki, görüş reallaşmayacaq. Belə olduğu halda, biz qeyd olunan görüşü “3+3” deyil, “3+2” formatında nəzərə almalıyıq. Burada əsas məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Çünki Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətləri kifayət qədər yüksəkdir. Yalnız Ermənistan ilə münasibətlər gərgindir və bu görüşün də məqsədi əlaqələrin inkişaf etdirilməsidir. Qarşı tərəf də başa düşür ki, bizimlə münasibətlərin normala dönməsi ilk növbədə özlərinə fayda verəcək. Yəni “3+3” formatlı görüşün mahiyyəti əlaqələrin yaxşılaşdırılması və regionda sülhün təmin olunmasıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar