Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər testdən keçmədən dövlət qulluğu üçün müsahibəyə buraxıla bilər

Tarix: 23-06-2022 09:21     Baxış: 4353 A- / A+

"Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluğu haqqında" Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsi hazırlanıb".

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Xalq" qəzetində dərc olunmuş məqaləsində bildirib.

"Layihədə dövlət qulluğunun xüsusi növündə olan xüsusi, hərbi və ya diplomatik rütbələrin dövlət qulluğunun ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması, habelə dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi, dövlət orqanının rəhbəri tərəfindən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından seçim zamanı subyektivliyin qarşısını almaq məqsədilə daha yüksək nəticə əldə etmiş namizədlərə üstünlük verilməsi öz əksini tapıb.
Bununla yanaşı, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında keçirilən daxili müsahibədə iştirak edə bilməsi, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərin, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslərin müsabiqənin test imtahanı mərhələsində iştirak etmədən müsabiqə üzrə müsahibədə, habelə umumi müsahibədə iş­tirak edə bilməsi kimi əhəmiyyətli müddəalar da nəzərdə tutulub", - DİM sədri qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar