Xəbər lenti
Arağa görə anasını öldürən oğulun cəzası bəlli oldu

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 32 yaşlı R.Rüstəmova 10 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. Belə ki, Ramin sərxoş halda anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovadan yenidən spirtli içki alması üçün pul isəyib. Ananın oğluna irad tutması isə Ramini özündən çıxarıb. Oğul əvvəlcə anasının baş və bədən nahiyyəsinə yumruq zərbələri endirib.
Bundan sonra anası yataq otağındakı çarpayının üzərinə yıxılıb. Ramin daha sonra evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş kəndiri götürüb təkrarən yataq otağına qayıdaraq anasını iplə möhkəm döyüb.
Bunun davamında isə kəndiri anasının boğazına dolayaraq onu boğmağa başlayıb. Bu azmış kimi, Ramin həmin an Svetlana Rüstəmovanı üzəri mismarlı taxta ilə də döyüb.
S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Ötən ilin avqustun 7-də orada aldığı xəsarətlər nəticəsində vəfat edib. qafqazinfo
Manevr.az
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Media
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail Tağızadə
Rəfail Tağızadə
Rəfail Tağızadə
Tanrıverdi Əliyev
Nadir İsrafilov
Emil Rasimoğlu
Mine Sarmış
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
{sape_links}{sape_article}