Sizin Reklam Burada
Xəbər lenti
03-07-2022
02-07-2022
BÜTÜN XƏBƏRLƏR

Zaxarova erməni jurnalisti yerinə otuzdurub

Tarix: 22-06-2022 22:28     Baxış: 390 A- / A+
Zaxarova erməni jurnalisti yerinə otuzdurubRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını "mətbuat azadlığına növbəti hücum" adlandıran erməni jurnalisti yerinə otuzdurub.

Manevr.az trend-ə istinadən bildirir ki, brifinq zamanı erməni jurnalistin sualını cavablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir.

"Hesab edirəm ki, KİV-lərin və onların fəaliyyəti məsələləri iki əsas məsələyə diqqət ayıraraq həll edilməlidir. Bu, ilk növbədə qanuna uyğun olaraq yerinə yetirilməli, ikincisi isə, milli və beynəlxalq hüquqda qeyd olunduğu kimi söz azadlığı və jurnalist hüquqlarına hörmətə əsaslanmadır. Ona görə də biz mövcud və yaranan problemləri öz tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik. Ümid etmək istəyirik ki, bu cür presedentlər daha az olacaq, mətbuat sahəsindəki münasibətlərimizi feyk və dezinformasiyalara müqavimətin zəruriliyini rəhbər tutaraq inkişaf etdirmək istəyirik", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın "RİA Novosti" agentliyi özünü Azərbaycanın ərazilərində qanunsuz təşkilatın "naziri" adlandıran separatçı Artak Beqlaryanla müsahibə yerləşdirmişdi. Həmin müsahibədən sonra Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb.

Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır. Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.

"RİA Novosti" agentliyi internet informasiya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub və həmin Qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb.

Daha sonra agentlik həmin müsahibəni silib.








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}