Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə erməni deputat: Xankəndidən parlamentə yeni nümayəndə gəlir?

Tarix: 27-05-2022 13:31     Baxış: 4232 A- / A+


“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi bütün addımlarını atır və sülh sazişinin imzalanması üçün lazım olan bütün işlər görülür”.

Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, növbəti illərdə Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyasına keçməsi, bundan sonra Xankəndi və ətraf ərazilərdən Milli Məclisə erməni əsilli deputatın seçilib-seçilməyəcəyi məsələsinə aydınlıq gətirib:
“Artıq Brüsseldə 3 görüş keçirilib və onun yekunları Azərbaycanın növbəti diplomatik qələbəsi sayılmalıdır. Bu görüşdə Azərbaycanın təklif etdiyi bütün məsələlər müzakirə olunub və onun ilkin nəticələri görünür. Hər iki ölkənin Baş nazir müavinləri Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya üzrə ilk görüşünü keçiriblər.
Təəssüf ki, hələ də Ermənistanda revanşist qüvvələr var. Əlbəttə, onlar yalnız Ermənistanın özünə ziyan vururlar.
Qarabağda, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bütün bu ərazilər Azərbaycanın suveren əraziləridir. Orada yaşayan insanların da Azərbaycanın digər bölgələrində yaşayan digər xalqların nümayəndələri kimi Konstitusiya hüquqları qorunacaq.
Həmin bölgədə seçkilərin keçirilməsi məsələsi də həll olunacaq. Xankəndi və ətraf ərazilərdə kimin namizədliyi dəstəklənərsə, həmin insan da bölgəni parlamentdə təmsil edəcək. Həm də milliyyətindən asılı olmayaraq, o, Azərbaycan vətəndaşı olaraq deputat qismində fəaliyyət göstərəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar