Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-dan erməni və yunanlara “soyuq duş” – Yeni gəlişmə

Tarix: 27-05-2022 11:26     Baxış: 4244 A- / A+

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyətinin ABŞ-a səfərindən sonra gözlər “F-16” başda olmaqla, həllini gözləyən digər məsələlərə ABŞ-ın hansı münasibət sərgiləyəcəyinə çevrilib.
Manevr.az xəbər verir ki, nümayəndə heyətində olan Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Ahmet Berat Çonkar təmaslarının təfərrüatlarını açıqlayıb.
Çonkar Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ Konqresindəki çıxışına baxmayaraq, “F-16”larla bağlı müsbət irəliləyişlərin ola biləcəyini deyib:
“Konqresdə FETÖ, PKK, erməni və yunan kimi əks-təbliğat aparan lobbilərin bu fəaliyyətlərinə qarşı Türkiyənin düşüncələrini, gözləntilərini və Amerikaya münasibətini açıq şəkildə çatdırdıq. ABŞ administrasiyasının “F-16”ların alınması və modernləşdirilməsinə müsbət münasibət bəslədiyini görürük. Mitsotakisin Konqresdəki çıxışına, yunan və erməni lobbilərinin kampaniyalarına baxmayaraq, müsbət irəliləyiş ehtimalı var. Amma Amerikada noyabrda seçkilər keçiriləcək. Həmin seçkilərdə Konqresdəki komitələrin rəhbərlərinin dəyişəcəyi gözlənilir.

Noyabrdan sonra müsbət addımlar atıla bilər. Türkiyə, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tutduğu mövqe və NATO-da oynadığı rolla çox mühüm yerə və əvəzolunmaz mövqeyə malik olduğunu göstərdi. Bu, Konqres üzvlərinə müsbət təsir edib”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar