Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlər Kabinetinin "bəxti gətirən" MƏMURLARI

Tarix: 26-05-2022 19:01     Baxış: 3234 A- / A+
10-15 il əvvələdək Azərbaycanda maraqlı bir ənənə vardı: vəzifədən çıxarılan yüksək çinli məmurlar müxtəlif ölkələrə səfir göndərilirdi. İlk belə təyinat 2004-cü ildə sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovla bağlı olmuşdu.

Daha sonra sabiq xarici işlər naziri Vilayət Quliyev, baş prokuror Eldar Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev də vəzifədən çıxarılıb səfir göndərilmişdilər.

Sonralar “vurulan nazirlər, komitə sədrləri” arasında səfir postuna can atanlar olduğundan bu ənənə aradan qaldırıldı. Yüksək postlardan azad edilən eks-məmurlardan bəziləri aşağı vəzifəyə təyinat aldı, bəziləri isə işsiz saxlanıldı. Məsələn, eks-nəqliyyat naziri Ziya Məmmədov vəzifədən çıxarılandan sonra yenidən görəvləndirilmədi, amma onun müavininə Nazirlər Kabinetində iş verildi.

Bu baxımdan aşağı vəzifəyə təyinat alanları hardasa bəxti gətirən məmurlar da saymaq olar.

Manevr.az Modern.az-a istinadən müxtəlif zamanlarda daha yüksək vəzifələrdən çıxarılıb Nazirlər Kabinetinin aşağı ranqlı postlarına göndərilən məmurları sizə təqdim edir.

Musa Pənahov – keçmiş nazir müavini…

Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş Musa Pənahov əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
23 fevral 2004-cü il tarixində nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib və 13 fevral  2017-ci il tarixə qədər bu vəzifəni tutub. 
13 fevral  2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi ləğv edildiyindən o işsiz qalıb. Amma bu, uzun sürməyib.
3 iyul 2019-cu ildə Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.
Daha sonra ona Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

Azər Əmiraslanov - Prezidentin sabiq köməkşisi

Vaxilə ölkədə perspektivli iqtisadçılardan sayılan Azər Əmiraslanov 2005-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2008-ci il 25 avqust tarixli sərəncamla Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. 2017-ci il 31 may tarixli sərəncamla isə o, daha yüksək vəzifəyə təyin edilib - Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri olub.
2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturunda Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib. Və Administrasiyanın təsdiq edilmiş yeni strukturunda Azər Əmiraslanova iş verilməyib.
Az sonra - 4 dekabr 2019-ci il tarixində Azər Əmiraslanov Nazirlər Kabinetində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Natiq Məmmədov – MSK sədrinin sabiq müavini

Əslən Naxçıvan Muxtar Respublikasından olan Natiq Məmmədov 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspor, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində  fəaliyyət göstərib.
1992-1999-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Üzən Gəmilərlə Kəşfiyyat və Qazma idarəsində hüquqşünas vəzifəsində çalışıb.
1999–2000-ci illərdə SOCAR-da hüquq xidmətinin rəhbəri olub.
2000–2004-cü illərdə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin hakimi işləyib.
2004-cü ildə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib və katibi seçilib. Sonralar MSK rəhbərliyinin formalaşdırılması qayda və prinsiplərinə uyğun olaraq dəfələrlə komissiyanın katibi seçilib və 2011-ci ilədək bu vəzifədə fəaliyyət göstərib.
2011–2018-ci ildə Mərkəzi Seçki Komissiyasının sədr müavini olub.
Çoxları N.Məmmədovun MSK sədri postuna gətiriləcəyini gözlədiyi anda o, bu qurumdakı vəzifəsindən azad olundu.
N.Məmmədov 2018-ci ildə Baş nazirin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Elman Rüstəmov – Mərkəzi Bankın keçmiş sədri

Elman Rüstəmov 27 il Azərbaycanın əsas bankına rəhbərlik edib. Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildə Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda başlayan E.Rüstəmov 1991-1992-ci illərdə Prezident Aparatında böyük məsləhətçi işləyib. Daha sonra Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini olub. 1995-ci ildə isə Bankın İdarə Heyətinin sədri təyin edilib. Elman Rüstəmov 5 dəfə ardıcıl Mərkəzi Bankın sədri seçilib. Bu il aprelin 11-də Prezident İlham Əliyev onun Mərkəzi Bank İdarə Heyəti üzvlüyündən xaric edilməsi barədə parlamentə təqdimat göndərib.
Və E.Rüstəmov vəzifəsindən azad edilib. Amma işsiz qalmayıb. Cəmi iki gün sonra Baş nazir Əli Əsədov E.Rüstəmovla bağlı sərəncam imzalayıb. Bu sərəncamla iqtisad elmləri doktoru Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.

İntiqam Babayev – sabiq nazir müavini

İntiqam Babayev  1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2000-ci ildən 2021-ci ilin noyabrına kimi gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.
2021-ci il noyabrın 29-da Prezidentin sərəncamı ilə nazir müavini postundan azad edilib. Sonradan ona da Nazirlər Kabinetində vəzifə verilib.
İ.Babayev 2022-ci ilin martında Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar