Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elza Seyidcahan: "O günə görə mənə Xalq artisti adı verilməlidir"

Tarix: 26-05-2022 18:46     Baxış: 4388 A- / A+


"Ay cahil, ay qafil, ay özündən razılar! Adamın bir sözü, bir dərdi olanda hara deyər? Öncə evinə. Biz sənətkarların evi xalq deyilmi?"
Manevr.az
xəbər verir ki, bu sözləri Teleqraf.com-a ARB televiziyasında "Səni axtarıram" verilişinə maddi dəstək üçün çıxan əməkdar artist Elza Seyidcahan deyib.
O, verilişə çıxmasını qınayanlara cavab verib: "Bəs, hər xeyrə-şərə, tədbirə, isti-soyuqda uzaq yollara, ucqar yerlərə günlərlə, bəzən aylarla gedəndə, balalarım üzümə həsrət qalanda, siz şokolad yeyəndə, uşaqlarım ac qalanda, mən xalqa məxsus oluram, ancaq illərdir bizə edilən haqsız zülmü xalqımızla paylaşmağa ixtiyarım çatmasın?! O zaman oğluma məxsus oluram?!
Deyirlər ki, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində sizdən də vacib insanlar, xəstələr var. Mənə tənə edənlərin bəsirət gözü xəstədir. Bəs, bir sənətkarın yaradıcılığını məhv etmək faciə deyilmi? Axı, tarixi incəsənət yaşadır. Oğlum, qızım, anam və evimdən çox xalqımızın, dövlətimizin keşiyindəyəm. Onun şəhidinə, qazisinə, anasına, uşağına, əsgərinə, qocasına, xəstəsinə, imkansızına təmənnasız xidməti özümə borc bilmişəm.
Bir dəfə Gədəbəyə konsertə gedəndə qarlı-buzlu gündə, çovğuna düşmüşdük. O sıldırım Gədəbəy dağlarından aşsaydıq, tikəmiz də ələ gəlməzdi. Oğlum Ələkbər də bizimlə idi, bir avtobus sənət adamlarıydıq. Həmişə deyirəm ki, hər şey bir yana, o günə görə mənə Xalq artisti fəxri adı verilməlidir.
Milçək kimi vızıldayanlara heç vaxt əhəmiyyət verməmişəm. Mənə təsir edən o insanlardır ki, dediklərini olduğu kimi yazacağam, "Allah sənə kömək olsun, ay Elza. Soyuducumuzu açıb bu ruzi-nemətləri görəndə sənə dua edirik". Mənə dost, qohum, yaxın, can deyib, susub, kənardan izləyənlər... Üzümə necə baxacaqsınız?! Allaha nə cavab verəcəksiniz?"

Elza Seyidcahan deyib ki, icarə verdikləri obyektə görə ev və avtomobilini satıb: "Bu gün evimiz, maşınımız günahımız olmaya-olmaya satdırılsa da, saflığımızı, düzlüyümüzü, mərdliyimizi, qeyrətimizi heç vaxt satışa qoymadıq. Qazandıqlarım daha çox oldu. Çünki həyatımızdan zir-zibillər təmizləndi. Öz yelləri özlərini havaya sovurdu, Allah həyatıma yeni dostlar gətirdi. Həyatımda yeni səhifə açıldı. Mənə edilən pislikləri unutsam da, yaxşılıqları əsla unutmaram".

Əməkdar artist ona xəyanət edən dostlarından da danışıb: "Cahil və nadan dostdan ağıllı düşmən irəlidir. Xain dost ən təhlükəli düşməndir".
Elza Seyidcahan hadisə haqqında da söz açıb: "Anama məxsus obyekti Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verdik. Daha sonra onlar icarə üçün müqavilə imzalamaqdan imtina etdilər. Məkanı geri almaq istəyəndə qarşı tərəf təhdidlə obyektin özlərinə aid olduğunu iddia etdilər. Bizim obyekti yeddi il işlədiblər, camaatı da aldadıblar. Sonda ən çox aldanmış da biz olduq. Bu ziyanı törədənlər həbsdə ola-ola məsuliyyət daşımadılar. Sanki sonda öz evimizi bizə satdılar.
7 il ərzində vəkilimizin düzlüyünə güvənmişəm. Hakimlərimizin haqq-ədalətinə sığınıb məhkəməyə müraciət etmişəm. Qarşı tərəf öncə bizi 20 min manatla şantaj edirdi, amma qiymətləndirmədə məbləği 70 minə yüksəltdilər. Vəkilin dəlili sayəsində məbləğ 58 minə düşdü..."
İfaçı ona dəstək olanların da adını açıqlayıb: "Anam 46 min 500 manata evini satıb verdi. 1000 manat oğlum Əkbər verdi. İndi kirayədə yaşayır. 2000 min manat müğənni Rəqsanə İsmayılova, 500 manat Damla, 500 manat müğənni Ləman və bir çox insanlar dəstək oldular. 100 manat bir qazimiz verib. Şəhid ailələrimiz zəng ediblər. Təxminən 8500 manat qalıb".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar