Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pakistan baş nazirindən Ərdoğana təklif – “Üçümüz birlikdə...”

Tarix: 20-05-2022 22:35     Baxış: 3249 A- / A+

“Bu, təkcə böyük qardaş və dost yox, həm də Pakistanın mübarizəsinin də çox böyük dəstəkçisi olan Prezident Rəcəb Tayyib Ərdoğanın dinamik liderliyində Pakistan və Türkiyə arasındakı əməkdaşlığın başqa bir gözəl nümunəsidir”.


Bunu Pakistan Baş naziri Şahbaz Şərif MİLGEM layihəsinin üçüncü gəmisi olan “Bədr”in dənizə buraxılması ilə bağlı deyib.

Şərif Türkiyə müdafiə naziri Hulusi Akar və Pakistanın digər rəhbər şəxsləri ilə birlikdə “Bədr” gəmisinin suya buraxılması mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Şərif Türkiyə və Pakistan arasındakı əlaqələrin Ərdoğanın dönəmində ən yüksək zirvəsinə çatdığını bildirib.

Şərif Türkiyənin Pakistanın xarici siyasətdən gəmiqayırmaya, nəqliyyatdan səhiyyəyə qədər bütün bu böyük təşəbbüslərinin şahidi olduğunu vurğulayıb: “Düşünürəm ki, bu əlaqələri Pakistan və Türkiyənin qarşılıqlı faydası üçün daha yüksək zirvələrə qaldıra biləcəyimiz bir nöqtəyə çatmışıq”.

Baş nazir Hulusi Akarı da əla performansına görə təbrik edib: “COVID-19 məhdudiyyətlərinə baxmayaraq, bu gəminin vaxtında suya buraxılması böyük uğurdur”.

Şərif Çin-Pakistan iqtisad dəhliz (CPEC) layihəsinin Çin, Pakistan və Türkiyə arasında üçtərəfli razılaşma olmasını təklif edib və bu böyük potensialdan hər iki xalqa fayda gətirmək üçün istifadə etmək istədiklərini deyib.

“Həqiqətən inanıram ki, Türkiyə və Pakistan iki ölkədə yaşayan bir millətdir, ürəklərimiz birlikdə döyünür”, - Şərif söyləyib.
Baş nazir Türkiyə və Pakistan arasındakı qardaşlıq münasibətlərinin tarixinin Pakistandan əvvəlki dövrlərə gedib çıxdığını vurğulayıb:

“Gələcək nəsillər Türkiyənin Pakistanın tərəqqi və rifahında böyük dəstəkçi və tərəfdaş olacağı, kədərimizi və xoşbəxtliyimizi birlikdə bölüşəcəyimiz bir zamanın gələcəyini bilmirdilər”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar