Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT

Tarix: 20-05-2022 21:36     Baxış: 3277 A- / A+

Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜATŞəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.

Manevr.az  qafqazinfo-ya istinadla məlumatına görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.

Məlum olub ki, hadisədən əvvəl Elvin qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib. Bu məqsədlə o, qardaşı arvadı Aygünün köməyindən istifadə edib. Belə ki, Aygün qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla Orxanın maşınına salaraq Ucar istiqamətinə aparıblar və Aygünün qardaşının evinə gətiriblər.

Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib və yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilinin sahibi Orxan Səmədova 10 il, Aygün Məmmədliyə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar