Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın 3 aylıq taxıl ehtiyatı qalıb, ondan sonra…” – Ekspert həyəcan təbili çaldı

Tarix: 20-05-2022 13:12     Baxış: 4288 A- / A+

“Azərbaycanın 3 aylıq taxıl ehtiyatı qalıb, ondan sonra…” – Ekspert həyəcan təbili çaldıDünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər qıtlıq məqsədilə xeyli taxıl depolayıb. 
Maraqlıdır, Azərbaycan taxıl böhranı ilə üz-üzə qalmamaq üçün nə qədər taxıl depolamalıdır? Neçə aylıq taxıl ehtiyatımız var?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan sosioloq Elçin Bayramlı yerli istehsalın aşağı olduğunu deyib. O, taxıl sahələrinin 50 faiz genişləndirilməli olduğuna diqqət çəkib: 
“Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın, ən azı 800 min ton taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur. Taxıl Fondu ehtiyatın həcmi ilə bağlı konkret açıqlama verməlidir. Yerli istehsal ideal halda belə tələbatın yarısını ödəyə bilmir. Üstəlik Taxıl Fondu yerli buğdanın keyfiyyətsiz olduğunu deyib götürmürdü. İndi necə edəcək, bu keyfiyyətsiz buğdanı götürəcək, yoxsa başqa planetdən taxıl idxal edəcəyik? Hansısa ölkədən taxıl ala biləcəyikmi? Bu artıq demək olar ki, mümkün deyil. Qlobal taxıl istehsalı azalır, quraqlıq və su böhranı vəziyyəti daha da pisləşdirəcək. İri ixracatçılar artıq ixracı dayandırıblar. Yerli istehsalı qoyub idxalçıların ümidinə qalanda belə olacaqdı”. 
Ekspert Azərbaycanın 3 aylıq taxıl ehtiyatının olduğunu qeyd edib:

“Taxıl Fondunun açıqlamadan yayınması şübhələri artırır. Təxminlərimə görə, maksimum 3 aylıq taxıl ehtiyatı var, taxıl biçininindən sonra daha 3 aylıq ehtiyat yaradıla bilər. Əgər gözlənilən quraqlıq və su böhranı baş versə, bu da mümkün olmayacaq. İlin sonuna vəziyyət qəliz olacaq. İndiyədək taxıl əkinlərinə görə subsidiyaları, gübrələri verməyən məmurlar sərt cəzalandırılmalıdır. Yeni peşəkar kadrlar təyin olunmalı, aqrarda sürətli proqram başlamalı, bütün mümkün imkanlarla ərzaq ehtiyatı artırılmalıdır. Mümkün olan texniki sahələrdə (məsələn pambıqçılıq) ərzaq əkilməsinə keçilməlidir. Taxıl əkinlərini azı 50 faiz artırmaq lazımdır. Digər ərzaq məhsullarının qış mövsümünə saxlanması üçün təcili olaraq xeyli soyuducu anbarlar yaradılmalıdır. Kiçik və orta fermerlərə dəstək artırılmalıdır. Subsidiyalar, güzəştlər çoxaldılmaldır. Təcili tədbirlər görülməlidir. Vaxt azalır...”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar