Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti: "Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim"

Tarix: 19-05-2022 21:36     Baxış: 3207 A- / A+
Xalq artisti: "Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim""Allah məni neçə dəfə qoruyub, saxlayıb. Həyatımda bir neçə dəfə ölümlə üz-üzə gəlmişəm. Yəqin ki, Allahın mənə yazığı gəlib ki, balalarım tək qalar. 90-cı illərin ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam-Tiflis avtobusunda övladımla birlikdə mən də olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı. Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim. İndi həmin yerdə həlak olanların xatirəsinə abidə də qoyulub. Ermənilərin məqsədi Gəncə avtovağzalını partlatmaq idi"

Bunu açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

"Biz komediya aktyorları adətən həyatımıza əks olan obrazları oynayırıq. Elə bir çətin günüm olub ki, içim qan ağlayıb, amma özüm səhnədə çıxıb tamaşaçıları güldürmüşəm. Tamaşaçıya bizim problemimiz maraqlı deyil, o pul verib bilet alıb. 5 günlük dünyadır, bəzən görürsən ki, bir-birlərinin ətini yeyirlər. Vallah həyat qısadır, olmaz ki, mehriban olasınız? Heç kim bu gündən sabaha zəmanət vermir. Keçmişə qayıtmaq istəmirəm, amma mənim çəkdiklərimi heç kim çəkməyib. Vaxtilə mənə də çox xəyanətlər olunub. Mənə elə bir zərbə vurublar ki, ölən günümə qədər onları bağışlamaram. Övlad acısı da yaşamışam, vətən acısı da. Övladlarıma görə yaşayıram, hər anaya belə övlad qismət olmur.

Allah məni bu günlər üçün qoruyub saxladı, 30 ildən sonra gedib Ağdamı da gördüm. Allahıma şükürlər edirəm", - deyə sənətkar bildirib. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar