Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan qarışıb: Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayır?

Tarix: 18-05-2022 16:43     Baxış: 3284 A- / A+
“Antiterror əməliyyatı ehtiyat variant kimi hər zaman aktualdır, amma indi siyasi tənzimlənmə ilə bağlı müəyyən kövrək addımlar atılır və onun nəticələrini gözləmək lazımdır”.
Manevr.az xəbər veeir ki, bu sözləri Yenisabah.az-a açqılamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, Ermənistanda hazırkı xaos vəziyyətindən istifadə edərək Azərbaycanın Qarabağda antiterror əməliyyatları keçirməsi ilə bağlı ehtimallara münasibət bildirib:
“İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı addımlar atılır. Bununla bağlı artıq 6 aprel 2022 tarixli Brüssel razılaşmasının tələblərinə uyğun olaraq birgə sərhədyanı komissiyalar yaradılıb. Eyni zamanda, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 baza prinsiplərini qəbul edib və həmin prinsiplər əsasında sülh müqaviləsi imzalanacaq. Amma Ermənistan 5 baza prinsipinin qarşılığında özünün 6 şərtini irəli sürüb”.
E. Nəsirov qeyd edib ki, İrəvanın 6 şərtində Azərbaycana qarşı heç bir ərazi iddiasının olmayacağı əksini tapıb:
“Yəni sülh müqaviləsinin imzalanması üçün kövrək də olsa, addımlar atılır. İndi gözləməliyik ki, siyasi tənzimlənmə prosesi getsin və bu istiqamətdə addımlar atılır. Odur ki, antiterror əməliyyatları siyasi tənzimlənmə imkanları tükəndikdə baş verə bilər”.
Deputat əlavə edib:
“KTMT-in yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə Nikol Paşinyan həmin qurumu tənqid etdi, dedi ki, 44 günlük müharibənin gedişatında onlar Ermənistana lazımi dəstəyi göstərməyib və Azərbaycana silah satıblar. Amma sonda Paşinyan etiraf etməli oldu ki, 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021, eləcə də 6 aprel 2022 razılaşmaları həyata keçirilməlidir və Ermənistan da buna razılıq verib.
Odur ki, antiterror əməliyyatı bir ehtiyat variant kimi hər zaman aktualdır, amma hər halda indi siyasi tənzimlənmə ilə bağlı müəyyən kövrək addımlar atılır və onun nəticələrini gözləmək lazımdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar