Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bizneslə məşğul olan deputatlarımız: Kimin nəyi var?

Tarix: 18-05-2022 16:20     Baxış: 3387 A- / A+

Qanunvericilik Milli Məclis deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub sonradan vəzifəyə təyinat alan şəxslər bu missiyalarını yaxın adamları, övladları, qardaşlarına ötürürlər. Bununla da rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları qeyd edilir. Faktiki olaraq isə onlar öz biznes imperiyalarına elə dövlətin təmsilçisi kimi himayədarlıq etməklə davam edirlər.
Manevr.az teleqraf.com-a istinadla Milli Məclisin biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlarının siyahısını təqdim edir:
YAP-çı millət vəkili Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl köşklərinə sahib olduğu bildirilir.
Vitse-spiker Adil Əliyevin daşınmaz əmlak, idman-istirahət mərkəzləri, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahib olması ilə bağlı məlumatlar var.
YAP-çı Əhliman Əmiraslanova məxsus klinikanın, həmçinin, dərman satışı, dərman depoları, tibbi ləvazimatların satışı mərkəzləri olduğu iddia edilir.
YAP-çı Oqtay Əsədovun balıq vətəgələri, restoran və dəmir-beton zavodları, xaricdə əyləncə mərkəzlərinə sahib olduğu bildirilir.
YAP-çı Aydın Hüseynov əmlak alqı-satqısı, bağ evlərinin tikintisi və satışı, ofis ləvazimatlarının topdan satışı, çap mərkəzlərinin sahibi kimi tanınır.
Naqif Həmzəyevin Gəncədə avtomobil təmiri məntəqələri, ticarət köşkləri və brend geyimlər mağazasına sahib olduğu deyilir.
YAP-çı Malik Həsənov ölkədə ev və bina tikintisi, antik əşyaların satışı ilə ad qazanıb. Deputatın əmlak tikintisi və satışı, ofislərin icarəyə verilməsi, cənub bölgəsində bir neçə istirahət mərkəzi, Bakıda tikinti materiallarının satış mərkəzini idarə etdiyi söylənilir.
Rüfət Quliyev Azərbaycanda və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə ad çıxarıb. Onun Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı işində də mahir olduğu bilgisi var.
Ülvi Quliyevin bina tikintisi, ofis və ev təmiri ilə məşğul olan şirkətləri olduğu bildirilir. Deputatın idman ləvazimatlarının və dərman satışı işini yaxşı bilənlərdən biri kimi tanındığı deyilir.
Səttar Möhbalıyev Nabranda Həmkarlar İttifaqına məxsus bütün sanatoriyaların ərazisini satan və icarəyə verən, həmçinin, kağız satışı ilə də tanınan iş adamlarından hesab edilir. Onun Nabranda, Bakının mərkəzində restoran və bir neçə ailəvi istirahət mərkəzi, restorana sahib olması gələn xəbərlər sırasındadır.
Hacı Madər Musayev Bakıda ilk şadlıq evi işlədən iş adamlarındandır. Onun beton zavodları, marketlər şəbəkəsi, su istehsalı və satışı sahəsində də biznesi var.
Anar Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın dostu Qulam Ələkbərovun kürəkəni kimi bir çox işlərdə uğurlara imza atıb. Gənc deputat qayınatasının tövsiyələrinə əsasən tikinti sektorunda fəaldır. O özü də gənc iş adamı kimi Dərnəgüldə tikinti satış mərkəzləri, villaların icarəyə verilməsi, ev tikintisi, avto-təmir məntəqələrinin sahibi kimi tanınır.
“Relax İqbal” kimi ad qazanan deputat İqbal Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğul olur.
Məşhur Məmmədovun biznesinə ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışının da daxil olduğu bildirilir. “Embawood” şirkətiilə məşhurlaşan Məşhur Məmmədov Nyu Yorkda milyonluq villası ilə ad çıxarıb, təzəlikcə ABŞ-da yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis edib.
Aqiyə Naxçıvanlı Qaxda və Oğuzda fındıq sahələri, su istehsalı sexləri, gözəllik salonlarının təmiri və icarəyə verilməsi məsələsində qadın sahibkarlar arasında öncül yerdədir.
Cavanşir Paşazadə taxta-şalban deposu və topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satış deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir.
Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl satışı köşkünə, qızıl satışı və qəbulu məntəqələrinə sahib olduğu bildirilir.
Əlabbas Salahzadə atası Qalib Salahzadənin yolunu davam etdirən bir iş adamıdır. Sabunçuda dini və mərasim zalları, su istehsalı sexləri, məzar daşlarının hazırlanması, mozaika, bəzək daşlarının istehsalı, satışı mərkəzini idarə edir.
“Kristal Abşeron”un sahibi olan Ağalar Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu deyilir.
Sədaqət Vəliyeva uzun müddət xəstəxana rəhbəri kimi öz biznes imkanlarının dairəsini genişləndiməyi bacarıb. Xanım deputatın “Qarayev” metrosunun yaxınlığında bir neçə restoran, geyim və gözəllik salonları, tibbi ləvazimatların satışı mərkəzinə sahib tibbi ləvazimatların satışı mərkəzinə sahib olması bəllidir.
Qeyd edək ki, bu, MM-in bizneslə məşğul olan deputatlarının tam siyahısı deyil.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar